Xəbər lenti
Ermənistanda iğtişaşlar başlasa, KTMT müdaxilə edəcək? - “Sizin oyununuzdur, bunu yığışdırın“
Manevr.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.
O, Ermənistanda baş verən etiraz aksiyalarının iğtişaşlara çevrilməsi fonunda KTMT-nin bu ölkəyə hərbi müdaxilə etməsi ehtimalına rəy bildirib:
“Birincisi, Ermənistan əhalisi səsvermədə Paşinyan iqtidarına münasibətini bildirib, o, müharibə istəmir. Amma Paşinyanın seçilməsi, əslində, ona olan simpatiya deyil. Onlar Sarkisyana və Koçaryana səs verməməklə müharibəyə etiraz edirlər.
İkincisi, Ermənistanda aparılan sosial sorğuların nəticəsində respondentlərin 45%-nin reaksiyası tamam fərqli olub və onlar Qarabağ iddiasına düşüblər”.
Fərəc Quliyevin sözlərinə görə, Ermənistanda baş verən hadisələrin siyasi mahiyyətinin kökündə daha çox Rusiya dayanıb:
“KTMT-in bu məsələlərə müdaxiləsi ifadə ediləndə Ermənistan tərəfi onu nəzərdə tutur ki, bu, sizin oyununuzdur və bunu yığışdırın. Yəqin ki, Moskva Ermənistanın qarşısına ard-arda tələblər qoyur. O tələblərin də bir çoxu yerinə yetiriləcək. Məsələn, Brüssel danışıqlarını pozun, qoyun, üçtərəfli danışıqlar olsun. Rusiya sülh müqaviləsinin bağlanmasına da imkan vermir, delimitasiya və demarkasiyadan söhbət gedəndə rəsmi Moskva məsələyə üçlü yanaşaraq özünü də söhbətə daxil edir və s”.
MDHP sədri əlavə edib:
“Rusiya prosesin bitməsini və sülh mühitinin olmasını heç istəmir və bu məsələdə Ermənistanın masadan qaçmasını tələb edir. Nə zaman ki, Ermənistan bir tərəfli şəkildə Rusiyanın tələblərini yetirəcək, o zaman Moskva ortaya buraxdığı fiqurları yığışdıracaq. O mənada, məncə, Ermənistan TŞ-nin katibi Armen Qriqoryan KTMT-ni işarə edir. Amma hələlik qeyd də edir ki, biz onları dəvət etmirik.
Məncə, Ermənistan hakimiyyətinin gücü var ki, o iğtişaşları yatırsın. Amma məsələ o yerə gəlib çatmayıb. Bəlkə də iqtidar onların radikallaşmasında maraqlıdır ki, revanşistləri daha ağır şəkildə cəzalandırsın. Onların da iddiaları Azərbaycana qarşı olan ərazi tələbindən başqa bir şey deyil”.
“KTMT məsələyə qarışmayacaq və məncə, məsələ buna da gəlib çıxmayacaq. Ermənistandakı aksiyalarda əhalinin neçə faizi iştirak edir? Heç 10 mindən çox deyil. Ermənistan bu məsələlərdə ikibaşlı oynamaqla vaxt qazanmaq, prosesləri xeyrinə dəyişmək və Rusiya-Ukrayna müharibəsinin sonunu gözləmək istəyir”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar