Xəbər lenti
Laçın Azərbaycanın nəzarətinə keçir – Sülhməramlılar yolumuzdan çəkilir
Manevr.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.
Hərbi analitikin sözlərinə görə, Ermənistanla sərhəddən, Zabux dərəsindən, eləcə də Sus kəndindən keçən köhnə dəhliz Azərbaycana təhvil veriləcək:
“Bunun üstünlükləri ondan ibarətdir ki, ilk növbədə, Azərbaycan Ermənistanla olan sərhədlərini bərpa etmək imkanı qazanacaq. İkincisi, Laçın rayonu və bu dəhliz ərazisində yerləşən kəndlərin yenidən bərpası üçün imkanlar əldə edəcəyik. O cümlədən Laçın rayonunun mərkəzində Azərbaycan bayrağı dalğalanacaq. Bundan başqa, Azərbaycanın maşın karvanları Rusiya sülhməramlılarının müşayiəti olmadan bu yolda sərbəst hərəkət edəcək.
Bir sözlə, təkcə Laçınla Şuşa yox, həm də Laçınla Kəlbəcər arasındakı şimal istiqamətində yolumuz açılmış olacaq. Hazırda Laçına Kəlbəcərdən keçməklə daha uzun marşrutla hərəkət edirik, sülhməramlılar oradan çıxdıqdan sonra sərhədboyu dairəvi yol maneəsiz işləyəcək”.
“Bu yolun tikintisi isə orada mövcud olan hərbi infrastrukturumuzun inkişaf etdirilməsinə, orada yerləşən qoşunlarımızın təminat və təchizatında mühüm addımlar atmağa imkan verəcək. Belə olan halda Laçın şəhərinin Azərbaycana təhvil verilməsi artıq şərtdir və bununla hərbi-strateji qazanclar əldə edəcəyik.
Mən yeni çəkilən yolun keçdiyi ərazilərə də baxmışam. Laçın kəndlərinin yaxınlığından keçsə də, onların heç biri kənd ərazilərindən keçmir. Əgər indiki yol Laçın rayonunun daxilindən Şuşaya qədər keçirdisə, yeni yol tamamilə dağlıq ərazilərdən uzanacaq və heç bir yaşayış məntəqəsinə toxunmayacaq”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar