Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Artıq Qarabağın açarı Rusiyada deyil, Rusiya öz açarını da itirib...”

Tarix: 17-05-2022 17:15     Baxış: 4327 A- / A+
“Əvvəla qeyd edim ki, bu, Nikol Paşinyanın idealogiyası deyil, əksinə, Rusiyanın hərbi elitasının fikirləridir”.
Manevr.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında sabiq deputat, siyasi şərhçi Cümşüd Nuriyev deyib. O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağın statusu ilə bağlı səsləndirdiyi fikirlərə, habelə Azərbaycanın Paşinyanın bu hiyləgər mövqeyi ilə bağlı gələcək perspektivdə atacağı addımlardan söz açıb.
Eks millət vəkili əmindir ki, ruslar Qarabağdan çıxmaq istəmirlər: “Daha doğrusu, Rusiya siyasi və hərbi elitası sülhməramlıların Qarabağda yerləşməsini hərbi bazaya çevirmək istəyirlər. Təbii ki, Azərbaycan buna razılıq verməyəcək. Bütün hallarda onların Qarabağda olmasının da heç bir hüququ əsası yoxdur. Çünki üçtərəfli razılaşma heç bir ölkənin parlamenti tərəfindən ratifikasiya olunmayıb. Bu, sadəcə centlmensayağı razılaşmadır. Rusiya bunu fikirləşsə, yaxşı olar.
İkincisi isə, bütün hallarda erməni xislətinə uyğun olaraq Ermənistanın dövlət başçıları hərəkət edirlər. Onlar həmişə hər hansı bir məsələnin həlli ərəfəsində bu cür sarsaq bəyanatlar verməklə bir növ özlərini sığortalamaq istəyirlər, həm də ki, iddialarını ortaya qoyurlar. Ermənistanın elə bir nə hüquqi, nə iqtisadi, nə də hərbi gücü yoxdur ki, Azərbaycan ordusunun qarşısında dursun”.
Müsahibimizin sözlərinə görə, Rusiya özünü Ukraynada böyük bəlaya salıb və bütün dünyanı qarşısına alıb:
“Bu proses uzandıqca, Ukrayna güclənəcək və bu da Rusiyanın iflasına gətirib çıxaracaq. Əgər proses sentyabra qədər davam etsə, Rusiya istəsə də, istəməsə də dağılacaq. Artıq prosesə başlayıblar. Rusiya həm də imperiya ambisiyalarından əl çəkə bilmir və bir neçə cəbhədə öz gücünü sınayıb. Ermənistan da bundan yararlanmağa çalışır.
Biz nə etməliyik, bəs? Azərbaycan məsələ qoymalıdır ki, SSRİ yaranandan sonra 1929-cu ildə Naxçıvandan 9 kənd alınıb, o cümlədən Zəngilan rayonunun Nüvədi qəsəbəsi Ermənistana verilib. Yəni Ermənistanın İranla sərhədinin uzunluğu 22 km-dən 44 km-ə çatıb. Bunlar hamısı variantdır və biz bundan istifadə edərək bu məsələni qaldırmalıyıq. 
Ayrıca, 1988-ci ildə Azərbaycan torpaqları Qazax ərazisindən Ermənistana verilib. Bütün bunların hamısı qeyri-qanuni olub və SSRİ-nin ixtiyarı yoxdur belə addımlar atsın. Necə olur ki, SSRİ 1954-cü ildə Krımı Ukraynaya bağışladığına görə, 2014-cü ildə Rusiya girdi Krımı işğal etdi, amma dünya heç nə demədi?! Prisident varsa, biz nədən bunu etməyək? Bizim bu məsələlərdə onsuz da hərbi gücümüz və qüdrətimiz var. İtirilmiş ərazilərimizi bərpa etməliyik. Biz onlara demirik ki, Gürcüstan Borçalını, Rusiya Dərbəndi qaytarsın. Azərbaycan ən azı 1920-ci ildə işğal olunan zaman Rusiyanın qeyri-qanuni bizdən aldığı torpaqları istəməliyik”.
C. Nuriyev iddia edir ki, Azərbaycanda Rusiyadan qorxmaq siyasəti yürüdülür:
“Bu məsələ parlamentdə qaldırılmalıdır. Orada bizim kifayət qədər ağıllı tarixçilərimiz var. Biz nədən qorxmalıyıq? Ölmək ölməkdirsə, xırıldamaq bəs nə deməkdir?
Artıq Rusiya bizi sakitləşdirərək Ermənistanı gücləndirmək istəyir və bir mənalı şəkildə Müdafiə Nazirliyinin xətti ilə ya “Dağlıq Qarabağ” yazırlar, ya da ərazini ayrı cür göstərirlər. Sülhməramlıların gözü qabağında ermənilər hər cür oyun çıxarır, lakin sülhməramlılar onlara heç nə demir. Yəni görünən odur ki, Rusiya Azərbaycanın Şuşa qələbəsini heç cürə sindirə bilmir, bizi arxayın salmaq istəyir ki, sakitcə duraq, gözləyək ki, Rusiya vəziyyəti sabitlləşdirsin. Baxın, artıq Qarabağın açarı Rusiyanın əlində deyil, çünki Rusiya özü öz açarını itirib. Biz nədən yenə Moskvadan açar axtarırıq? Bu, yolverilən bir şey deyil axı?! Bizim yanımızda bu boyda Türkiyə var, Pakistan var. Ən azı Azərbaycan öz tarixi torpaqlarını istəmə cəhdini etməlidir. Nə qədər biz bu məsələləri uzadacağıq?!”
Siyasi şərhçi, həmçinin, ölkə başçısı İlham Əliyevin Azərbaycanın tarixi topağı olan Zəngəzurla bağlı səsləndirdiyi fikirlərə də istinad edib:
“Bildiyiniz kimi, cənab Prezident qeyd etdi ki, “Zəngəzur məsələsini gündəmə gətirə bilərik”. Bunu Prezident dedi, bəs niyə media və parlament bunun üstünə getmir? Hökumət də ki, yatıb və heç bir şeylə məşğul olmur. Baxın, Ermənistanda bu məsələlərin hamısını danışan hökumətin özüdür. Bizdə bu şeylərin hamısının başını buraxıblar. Politoloqların dediyi fikir heç nəyi həll etmir. Mən nə qədər danışsam, siz nə qədər yazsanız da, bu, heç nəyi həll etmir. 
Dövlət mövqeyini ortaya qoymalıdır, bunu ancaq Prezident etməməlidir. Bu qədər vəzifə sahibləri var. Niyə Müdafiə naziri danışmır?! Ədliyyə naziri harada itib-batıb?! Niyə danışmır?! Hüquqdan danışsın, beynəlxalq hüququ gündəmə gətirsin. Onsuz da ölkə daxilini yaman günə qoyublar. Ölkədə məhkəmə sistemi, ədliyyə yoxdur”.
Həmsöhbətimiz sonda özünəməxsus şərh verməkdən də çəkinməyib:
“Bilirsiniz, indi ermənilər niyə əl-ayaq açırlar? Hər bir dövlətin 3 ayağı var. Bizdə biri – qanunverici orqan onsuz da topal idi. İndi o biri ayağını – məhkəmə orqanının da qıçını sındırıblar. Dövlət indi bir ayağın üstündə qalıb. O da idarəetmə orqanı kimi ancaq Prezidentin üzərindədir. Bəs yaxşı, digərləri nədən ötəridir? Ədliyyə naziri, XİN rəhbəri danışmalıdır bu barədə. Mövlud Çavuşoğluna, Sergey Lavrova baxın, bir də bizimkinə. Belə olmaz axı?! Cəmiyyətdən onsuz da bu siqnal gəlir və media bu siqnalı çatdırır.
Politoloq məsələ həll etmir! O, ancaq fikir söyləyə bilir. Əgər bunun söylədiyi fikir ancaq kağız üzərində qalırsa və siz özününüzü yormursunuzsa, bunun nə mənası var?! Nə qədər biz Rusiyadan qorxacağıq?! Qorxmamalıyıq! Ortaya iradə qoyulmalıdır!”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar