Torpaqlarımızın işğal edildiyi və işğal altında saxlandığı zaman kəsiyində olduğu kimi, günü bu gün də Azərbaycana yanaşmada heç bir ölçüyə sığmayan haqsızlığın, ədalətsizliyin və sonu görünməyən ikili standartların şahidi oluruq.
Manevr.az bildirir ki, bunu trendə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynadakı vəziyyətlə bağlı araşdırmalara başlamaları, bu məqsədlə sözügedən məhkəmənin 40-dan artıq müstəntiqinin Ukraynaya gəlməsi, hərbi və insanlığa qarşı cinayət faktlarının qeydə alınması, günahkarların cəzalanması istiqamətində nüvafiq hüquqi prosedurların həyata keçirilməsi və təbii ki, ədalətin bərqərar olunması baxımından əhəmiyyətlidir.
"Çünki kim tərəfindən və hansı şəraitdə törədilməsindən asılı olmayaraq, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ikinci hissəsinin, 5,6,7 və 8-ci maddəsinin tələblərinə əsasən, soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri ciddi şəkildə araşdırılmalı və günahkarlar heç bir istisnaya yol verilmədən cəzalandırılmalıdır.
Roma Əsasnaməsinin yurisdiksiyasına daxil olan beynəlxalq cinayətlərin təsnifatına diqqət yetirildikdə Azərbaycan xalqına qarşı bu cinayətlərin hər birinin həyata keçirildiyini müəyyənləşdirmək mümkündür. Məsələn, sözügedən Əsasnamənin hərbi cinayətlərin təsnifatının yer aldığı 8-ci maddəsində qeyd olunur ki, beynəlxalq humanitar hüququn əsasını təşkil edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərinin pozulması müharibə cinayətləri hesab olunur.
Bu sıraya qəsdən adamöldürmə, işgəncə və qeyri-insani davranış, hərbi əhəmiyyət daşımayan əmlakın qəsdən və kütləvi şəkildə məhv edilməsi, hərbi hədəf sayılmayan obyektlərə, mülki əhaliyə qəsdən hücum, hərbi hədəf sayılmayan şəhərlərin, kəndlərin, yaşayış yerlərinin və binaların atəşə tutulması və s. daxildir.
Təsnifat kifayət qədər geniş olduğu üçün bütün digər məqamların sadalanmasına ehtiyac duymuram. Amma istər soyqırımı, istər insanlığa qarşı cinayətlər, istər müharibə cinayətləri, istərsə də təcavüz cinayətlərinin təsnifatında elə bir istiqamət yoxdur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi cinayətlərin siyahısında yer almasın", - deyə o bildirib.
E.Mirzəbəyli qeyd edib ki, Roma Əsasnaməsinin tələblərinə əsasən, sözügedən sənəddə təsnifatı verilən cinayətlərin araşdırılamsı ilə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunması yolverilməzdir.
"Bu baxımdan, Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada baş verən cinayətlərlə yanaşı, 44 günlük müharibə zamanı Gəncə, Bərdə, Tərtər və digər dinc şəhərlərin raket atəşinə məruz qalmasını, dinc əhalinin, o cümlədən qadın, qoca və uşaqların qətlə yetirilməsini ciddi şəkildə araşdırmalı, bu cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə verilməsinin təmin olunması üçün müvafiq qərarlar qəbul etməlidir. Ədalət mühakiməsi isə obyektiv, qərəzsiz və ikili standartlardan uzaq olmalıdır. Amma təəssüf ki, torpaqlarımızın işğal edildiyi və işğal altında saxlandığı zaman kəsiyində olduğu kimi, günü bu gün də Azərbaycana yanaşmada heç bir ölçüyə sığmayan haqsızlığın, ədalətsizliyin və sonu görünməyən ikili standartların şahidi oluruq.
Halbuki, dünyanın bütün ölkələrinin hüquq sistemində, o cümlədən, beynəlxalq cinayətlərin təqibi zamanı cəza siyasətinin əsasını onun çəkindiricilik funksiyası təşkil edir. Eyni hüquqi təsnifata daxil olan cinayətlərə münasibətdə fərqli davranışların sərgilənməsi, həmçinin ikili standartlardan çıxış edilməsi, son nəticədə cəzasızlıq mühitinin formalaşmasına zəmin yaradır ki, bu gün beynəlxalq cinayətlərin vüsət almasında da bu qəbuldən olan yanaşmaların müstəsna rol oynadığı şübhə doğurmur. Bütün hallarda, ümid edək ki, Beynəxalq Cinayət Məhkəməsinin missiyası Ukraynada olduğu kimi, Azərbaycana qarşı törədilmiş hərbi cinayətləri də araşdırmaq haqda düşünəcək. Əks təqdirdə, ikili standartlar müharibə cinayətləri ilə bağlı yeni presedentlərin ortaya çıxmasına zəmin yaradacaqdır", - deyə o əlavə edib.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar