Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

İsveç və Finlandiya PKK/YPG-yə açıq şəkildə dəstək verir - Çavuşoğlu

Tarix: 15-05-2022 09:55     Baxış: 4285 A- / A+




Türkiyənin NATO müttəfiqi olacaq istənilən ölkə terror təşkilatı PKK/YPG-yə dəstək verməməlidir. Bu iki ölkə isə (İsveç və Finlandiya - red.) PKK və YPG terror təşkilatlarını açıq şəkildə dəstəkləyir.
Manevr.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavşuoğlu Almaniyanın paytaxtı Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı başlamazdan əvvəl mətbuata açıqlamasında deyib.
Türkiyənin NATO-ya yeni üzvlərin qəbulu məsələsində mövqeyinin səbəbinin aydın olduğunu deyən Türkiyə XİN rəhbəri qeyd edib ki, NATO beynəlxalq təşkilat deyil, ittifaqdır.

"NATO dövlətlərin ittifaqıdır. Bundan nə nəticə çıxır? Bu, təkcə təhlükəsizlik məsələsi deyil, bütün sahələrdə, xüsusən də təhlükəsizlikə təhdid olduqda çiyin-çiyinə həmrəylik tələb edir.
Lakin İsveç və Finlandiya PKK/YPG-yə açıq şəkildə dəstək verir. Bu, xalqımızın hisslərinə mənfi təsir göstərir. Müttəfiqlər sırasına qoşulmaq istəyən ölkə hər gün bizə hücum edən, mülki vətəndaşlarımızı, hərbçilərimizi, polislərimizi öldürən terrorçulara himayədarlıq etməməlidir", - Mövlud Çavuşoğlu qeyd edib.
Nazir əlavə edib ki, Türkiyə əvvəldən NATO-nun "açıq qapı" siyasətini dəstəkləyib. O xatırladıb ki, Türkiyə təşkilatın bəzi üzvlərinin buna qarşı çıxmasına baxmayaraq, bir sıra ölkələrin namizədliyini dəstəkləyib.trend

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar