Xəbər lenti
Ermənilər Şuşadan bizim milli mədəni ruhumuzu silə bilmədilər - DEPUTAT ŞƏRH ETDİ

"Bildiyimiz kimi 44 günlük müharibə ərzində əldə olunmuş qələbə ilə 30 illik fasilədən sonra Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçən il Cıdır düzündə Xarıbülbül festivalına start verildi. Ölkə başçısı cənab Prezident İlham Əliyev festivalın açılış mərasimində iştirak etdiyi zaman adət-ənənələrimizi bərpa etdiyimizi, bundan sonra da Xarıbülbül festivalının keçirilməsinə davam edəcəyimizi vurğuladı".
Manevr.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında deputat Aqil Məmmədov deyib.

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, ermənilər 30 il müddətində nə qədər çalışsalar da, işğal olunmuş torpaqlarımızdan, o cümlədən Şuşadan bizim milli mədəni ruhumuzu silə bilmədilər.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın keçirdiyi bütün tədbirlər özünəməxsus əhəmiyyətə malikdir. Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə mədəniyyət abidələrinin bərpası, onların dünyaya tanıdılması istiqamətində böyük işlər görülmüşdür. Şuşada keçirilən bu festival da bütün dünya azərbaycanlılarının sevincinə səbəb oldu. Bizə belə bir sevinc hissi yaşatdığına görə Ali Baş Komandanımıza, torpaqlarımızın azad olunması yolunda canından keçən igidlərimizə hər zaman borclu olacağıq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar