Xəbər lenti
"Xocalıda kilsə və rus məktəbi tikilməsi o deməkdir ki..."
Bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
O, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan hissəsində qanunsuz yaradılan rus icması faktına münasibət bildirib:
“Ermənistanın Baş naziri Nikol Paşinyanı Moskvaya dəvət etmişdilər. Rusiya prezidenti Vladimir Putin ona söz verib: “Nə lazımdırsa, kömək edəcəyik”. Paşinyan da İrəvana gələn kimi bu məsələni açıqladı.
Təəssüf ki, rusların Qarabağa “sülhməramlı” adı ilə gəlməsi və orada bir sıra iaşə məüssisələri tikilməsi zamanında verilən bir siqnal idi ki, getmək istəmirlər. Ruslar separatçılara pasport verir, onları Rusiya vətəndaşı olmağa təhrik edirlər. Artıq bilməliyik ki, Xankəndi və ətraf ərazilərin taleyi həll olunub”.
MMP sədri əlavə edib:
“Üstəlik, rusların orada icma yaratması, Xocalıda böyük kilsə və rus məktəbləri tikilməsi və digər sahələrdə özlərinə xeyir verən işlər görməsi o deməkdir ki, bölgənin Rusiya əraziləri kimi tanınmasına razılıq verəcəklər. Bu, çox qorxulu oyundur, Azərbaycan ictimaiyyəti, Azərbaycanın siyasi elitası birgə bu barədə düşünməli və bəyanatlar verməlidir.
Məsələyə hakimiyyət daxilindən rəvac verən insanlar var ki, ruslar Azərbaycanda möhkəmlənsin. Hətta sevinirlər ki, ruslar Xankəndində gələcəkdə müstəqil qurum yaradacaq və Azərbaycanı təsir altında saxlayacaq”.
Hafiz Hacıyev əmindir ki, hazırda bölgədə çox qorxulu oyunlar gedir və bu oyunlardan çıxmaq üçün milli birlik lazımdır:
“Müəyyən qüvvələr də çalışırlar ki, Azərbaycanda dövlət çevirilişi etsinlər. Birmənalı şəkildə bu, Rusiyanın Azərbaycanda yaratdığı oyunlardır. Azərbaycan Xankəndidə ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bütün səlahiyyətli qurumlarını yaratmalıdır”.
Müsahibimiz Xankəndiyə mer təyin olmaq istəyinin səbəblərini də açıqlayıb:
“Dəfələrlə demişəm ki, məni Xankəndinə mer təyin edin. Bunu elə-belə demirdim. Ona görə deyirdim ki, orada gedən proseslərin hamısı nəzarətimizdə olsun. Çox təəssüf ki, kimlərsə bunu vəzifəpərəstlik kimi yozdu. Ona görə də, Xankəndidə təcili hərbi əməliyyatlara başlanmalıdır, Türkiyə ilə məsləhətləşib bu məsələdə qəti mövqe ortaya qoymaq lazımdır. İmkan vermək olmaz ki, rus işğalçıları burada icma yaratsın, "sülhməramlı" adını götürüb "qvardiya" qoysunlar və Azərbaycan torpaqları ermənilərin vasitəçiliyə ilə Rusiyanın işğalı altına keçsin”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar