Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Karapetyan cinayəti: Ordumuz Xankəndiyə girə bilər

Tarix: 11-05-2022 17:47     Baxış: 4207 A- / A+


Ən az 20 il Ermənistanın idarəetməsində yer alan və Qarabağ klanından olan keçmiş prezidentlərin, eks-nazirlərin kütləvi aksiyalar təşkil etməkdə əsas məqsədi onsuz da təhlükəsizliklə bağlı ciddi problemləri olan işğalçı ölkədə daxili vəziyyəti gərginləşdirməkdən ibarətdir.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Xankəndidə general Samvel Karapetyanın törətdiyi cinayəti şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib. Hərbi ekspertin sözlərinə görə, revanşistlərin planı bu dəfə öz əlaltılarından istifadə edərək hadisələri Qarabağa yönəltməkdir:
“İqtidarları dövründə Ermənistanı bataqlığa çevirənlər 2008-ci ildə seçkilərin nəticələrini saxtalaşdırmaq yolu ilə əslində qalib gələn Levon Ter-Petrosyanı prezidentlikdən məhrum etdikləri kimi, indi də Paşinyanı devirmək istəyirlər. Yenə də əvvəlki kimi öz xalqlarına yalançı vədlər verirlər. Guya Paşinyan hakimiyyətdən gedən kimi xalq ağ günə çıxacaq, düşdüyü məğlub durumdan xilas olacaq və hakimiyyətə Qarabağ klanının gələcəyi təqdirdə Ermənistan məğlub ölkədən qalb ölkəyə çevriləcək. Bu yalanlardan əslində erməni xalqı da cana doyub, dünya da boğaza yığılıb. İndi isə prosesləri özlərinə yaxın olan insanlar vasitəsilə, o cümlədən Köçəryan və Sərkisyana çox yaxın olan general Samvel Karapetyan vasitəsilə Qarabağ istiqamətinə yönəltmək istəyirlər. Karapetyanın Xankəndidə 4 nəfəri güllələməsi Azərbaycana da proseslərə müdaxilə etmək imkanı verir. Bu günədək üç dəfə soyadını dəyişən Samvel Karapetyanın 1988-ci ildən etibarən soydaşlarımıza qarşı təxribat və terror aktlarının hazırlanmasında iştirakını, 2008-ci ildəki prezident seçkiləri zamanı xüsusi qruplar yaratmasını və onları Prezident Administrasiyası binasının zirzəməsində yerləşdirərək, mülki əhaliyə atəş açdırmasını hamımız yaxşı xatırlayırıq. Bu generalın dayısının Rusiyada Rudolf Oqanov adlı kriminal avtoritet olduğu da hər kəsə məlumdur. Samvel Karapetyanın bütün keçmişi qaranlıq səhifələrdən ibarətdir. Hazırda dövlətimiz və Ordumuz yetərincə güclüdür. Ona görə də hesab edirəm ki, Azərbaycan müxtəlif formalarda Qarabağda revanşistlər tərəfindən cinayətlərin, təxribatların qarşısını almaq üçün proseslərə istənilən anda müdaxilə edə bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar