Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rus xalqında xof yaratma planı: Qərb Putini çökdürməyin yolunu tapıb

Tarix: 11-05-2022 16:14     Baxış: 3205 A- / A+

2022/05/16427-1652266255.jpg“Müharibənin gedişatı göstərir ki, “Lend-Liz” qanunu və NATO rəhbərlərinin verdiyi dəstək nəticəsində Ukraynanın gücü hər keçən gün artır, Rusiya-Belarus cütlüyü isə hər keçən gün getdikcə zəifləyir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib.
Hərbi ekspert müharibənin ikinci mərhələsinin Rusiya ərazisinə keçmə ehtimalına rəy bildirib:
“Ukraynanın zirehli texnika və silah-sursatla təminatı bundan sonra asan olacaq. Təbii ki, bu müharibənin uzun və qısamüddətli gedişatında güc balansını dəyişmiş olacaq.
Bilirik ki, güc nisbətində Rusiya hələ də Ukraynadan üstündür. Amma Rusiyanın ehtiyatları tükənir. Amma əməliyyat teatrında bərabərliyin yaranması üçün hücum edən tərəf mütləq dayandırılmalıdır. Hələ ki, bu baş verməyib.
Rusiyanın hücumları müxtəlif istiqamətlərdə baş verir. Bəzi istiqamətlərdə Ukrayna onları dayandırmağa müvəffəq olub. Amma indiki məqamda döyüşlərin Rusiya ərazisinə keçməsi inandırıcı görünməsə də, sonrakı perspektivdə Ukrayna aldığı hərbi dəstək hesabına hədəflərini artıracaq.
Ukraynanın əsas məqsədi 2014-cü ilə qədər olan sərhədlərinə çıxmaqdır. Donetskin, Luqanskın və Krımın Rusiya işğalından azad olunması onların əsas hədəfidir. Rəsmi Kiyevin qeyd etdiyi kimi, həmin ərazilər qeyd-şərtsiz Ukraynaya verilməlidir və danışıq mövzusu deyil”.
E. Şıxəliyev əmindir ki, Ukrayna yalnız bir halda müharibəni Rusiya daxilinə keçə bilər:
“Kiçik dağıntılarla baş verən lokal döyüşlər olacaq. Bunu həyata keçirmək üçün Ukraynanın yetişdirdiyi xüsusi təyinatlı qruplar var. Əgər bu baş versə, müharibə iki istiqamətdə davam edəcək: biri Ukraynanın ərazisində aktiv əməliyyatlarla, digəri Rusiya ərazisində passiv əməliyyatlarla.
Bu təhdid və təhlükə Rusiya üçün davamlı ola bilər. Kreml bundan çox ehtiyat edir. Ukraynanın da məqsədi əməliyyatları qonşu ölkə ərazisinə keçirməklə, Rusiya cəmiyyətində narahatlıq yaratmaqdır. Bu, rus xalqının Ukrayandakı “xüsusi hərbi əməliyyatlar”ı dəstəkləməsi fikrini dəyişdirmək üçün atılan mühüm addımlardan biri ola bilər”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar