Xəbər lenti
"Ermənilər Paşinyanı devirsələr, İrəvanı da itirəcəklər" - Hüquq müdafiəçisi

Buna görə, Ermənistanda revanşist düşüncənin tədricən arxa plana keçdiyni söyləmək olarmı?
Ümumiyyətlə, Ermənistan cəmiyyəti də erməni ziyalıları kimi sülh istəyirmi? Paşinyan sülh müqaviləsi imzalayarsa, onu devirə bilərlərmi?
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Yenisabah.az-a açıqlamasında deyib ki, ermənilər hər zaman üzüyolalığımızdan istifadə ediblər:
“Uzun illər ermənilərlə müharibə şəraitində olmuşuq. 1905, 1918, 20-ci illərdə. Bu münaqişələr nə ilə qurtarsa da, bilirdik ki, onlar qonşumuzdur. Lakin onlar da hər dəfə üzüyolalığımızdan istifadə ediblər. Buna baxmayaraq, hər dəfə onlarla barışıb, bir yerdə yaşamışıq”.
Hüquq müdafiəçisinin sözlərinə görə, Ermənistanın Avropaya çıxışı Azərbaycandan asılıdır:
“Ermənilər tərəfindən nə qədər qətliamlar törədilib. Ondan sonra neçə milyon erməni Azərbaycanda yaşayıb. Özü də ən gözəl vəzifələrdə işləyiblər. Düzdür, yaşananları, bizə yaşatdıqlarını yaddan çıxarmamalıyıq. Onlar nə qədər qətliamlar törədiblər.
Hesab edirəm ki, erməni milləti də başa düşür ki, bu gün sovet hökuməti vaxtı deyil. Onlar çıxılmaz vəziyyətdədirlər. Yaxşı yaşayışları bizdən asılıdır. Sülh iqtisadiyyatdan başlayır. İqtisadi vəziyyətlərinin düzəlməsi Azərbaycandan asılıdır”.
N.Cəfəroğlu qeyd edib ki, ermənilər Paşinyanı devirsələr, İrəvanı da itirəcəklər:
“Artıq hamısı başa düşür. Cəmiyyət də başa düşəcək ki, yaşayışları Rusiyadan yox, Azərbaycan asılıdır. Bizimlə dostluq etməyə məcburdurlar. Paşinyanı devirsələr, çıxılmaz vəziyyətdə qalacaqlar. Çünki hakimiyyətə gələn revanşist, seperatçı olacaq. Ermənilər Paşinyanı devirsələr, İrəvanı da itirəcəklər. Ümumiyyətlə, hər şeylərini itirəcəklər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar