Xəbər lenti
"Azərbaycanın güc tətbiq etməsi yenilik olmayacaq"
Üç həftədən çoxdur ki, Ermənistanda mitinqlər davam edir. Mitinqlərdə iştirakçılar Baş nazir Nikol Paşinyanın və onun hökumətinin istefasını tələb edirlər. Keçirilən mitinqlərdə müxalifət deputatları, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, keçmiş prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası da iştirak edir.
Müxalifət, Baş nazir Nikol Paşinyanın Qarabağa dair siyasətinin Ermənistan və Qarabağa təhlükə yaratdığını hesab edir. Bir müddət əvvəl Nikol Paşinyan parlamentdə bəyan etmişdi ki, beynəlxalq ictimaiyyət "Dağlıq Qarabağın statusu" ilə bağlı tələbin həddinin "aşağı salınmasını" istəyir. Və bu bəyanat Ermənistanda geniş rezonans doğuraraq, küçə etirazlarına təkan verib. Müxalifət, Paşinyan hakimiyyətini "Dağlıq Qarabağ məsələsində yolverilməz güzəştlərə getməkdə" ittiham edir.Xatırladaq ki, aprelin 6-da Brüsseldə görüşmüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar.
Bəzi ekspertlər Ermənistanda keçirilən aksiyaların Rusiya tərəfindən həyata keçirildiyini və bu aksiyalara Rusiyanın təkan verdiyini iddia edir. Paşinyan hakimiyyətdən gedərsə, Sarkisyan-Köçəryan hakimiyyəti baş tutarsa, Azərbaycan bu vəziyyətdə nə edəcək?
“Demək olmaz ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə həvəs verir. Sadəcə olaraq, Köçəryan və Sarkisyan rusiyapərəst qüvvələrdir. Paşinyan Brüssel görüşündə öz üzərinə götürdüyü öhdəlikləri, görüşdən sonra Moskvaya səfərdə öz üzərindən atmaq istəyir. Və növbəti dəfə qəbul olunmuş razılaşmalardan çıxmağa çalışır. Rusiya sadəcə olaraq Paşinyandan yorulub, amma onu əvəzləməyə şəxs tapmaqda çətinlik çəkir. Digər tərəfdən rusiyapərəst müxalifətin fəallaşması Rusiyaya ona görə lazımdır ki, Paşinyanın ən real alternativi də rusiyapərəst olsun. Paşinyan özü-özlüyündə Rusiyanın dediyi məqamlarla razılaşır. Amma proqnozlaşdırmayan siyasətçi olduğu üçün onun alternativi qərbpərəst deyil, daha qatı rusiyapərəst siyasətçinin olmalıdır. Bu, Rusiyanın Ermənistanda strateji marağındadır”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Fərhad Məmmədov danışıb. O, qeyd edib ki, Paşinyanın proqnozlaşdırılmayan siyasəti danışıqlarda razılaşmalara məhəl qoymadan, öz mövqeyini dəyişməsi əlbəttə ki, prosesləri ləngidir. Bu səbəbdən də Azərbaycanın gündəliyində ləngimələr var: “Artıq proseslər o dərəcəyə gəlib çıxıb ki, hər iki tərəf' - həm Rusiyaya, həm Avropaya Paşinyanın mövqeyini dəyişməsi məlumdur. Azərbaycanın birtərəfli qaydada güc tətbiq etməklə öz məsələrinin həlli bu vasitəçilər üçün yenilik olmayacaq”.
Fərhad Məmmədovun fikrincə, digər tərəfdən Paşinyanın hakimiyyətdən getməsi və Köçəryanla Sarkisyanın hakimiyyətə gəlməsi bir addımlıq hərəkət olmayacaq. Çünki Ermənistan parlament sistemli hakimiyyətdir.
Bu prosesi həyata keçirmək üçün Ermənistanda təxminən ən azı bir ay vaxt tələb olunur. Bu ay ərzində Azərbaycanın özü üçün Köçəryan və Sarkisyanla danışıqlar aparması qeyri-real görünür:
“Azərbaycan da real addımlarını atacaq. Və burada Rusiyanın mövqeyi hesablanmayacaq və Rusiya fakt qarşısında qoyulacaq. Bu səbəbdən də düşünürəm ki, Ermənistan üçün ən pis ssenari Paşinyanın istefa verməsi və onun yerinə Sarkisyan və Köçəryanın siyasi qüvvələrinin hakimiyyətə gəlməsidir. Çünki bu? Azərbaycanla bütün münasibətlərin kəsilməsinə və ən azı Qarabağda Ermənistan Sİlahlı Qüvvələrinin qalıqlarının məhvinə gətirib çıxaracaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar