Xəbər lenti
Deputat: "Qarabağı yenidən dirçəltmək üçün bir çox addımlar atılmışdır..."
Müşfiq Məmmədli,
Milli Məclisin deputatı
2020-ci il 27 sentyabrdan başlayaraq Azərbaycanın Silahlı qüvvələri başda Ali Baş komandan olmaqla 30 il öncə erməni faşistləri tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda şərəfli savaş başlatdı. 44 gün sürən müahribə Ermənistanın kapitulasiyası ilə tamamlandı. Hər gün azad edilən torpaqlarımızdan gələn fotolarda, videolarda otuz il vətən həsrəti çəkən vətəndaşlarımız öz evlərini, dədə-baba yurdlarını tapmağa, görməyə, həsrətlərini az da olsun dindirməyə çalışırdılar. Ancaq işğaldan azad edilmiş torpaqlarda erməni vandalizminin nə qədər dəhşətli olduğu bir daha üzə çıxdı. Azad edilmiş kəndlərdə, şəhərlərdə bir dənə belə salamat ev, bina, məzarlıq və s. qalmamışdı. Ağaclar kəsilmiş, meşələr məhv edilmişdi. Azərbaycan dövləti və höküməti, bütün dövlət qurumları, adi vətəndaşlar cənab prezident İ.Əliyevin göstərişi və iştirakı ilə Qarabağı yenidən dirçəltmək, ona yeni nəfəs vermək üçün hərəkətə keçdi. Artıq iki ildir ki, bu yöndə bir çox addımlar atılmış, ümumilikdə 4,4 milyard vəsait Qarabağda təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf üçün ayrılmışdır. İlkin olaraq Zəngilan rayonunun sakinləri yenidən öz yurdlarında yerləşdirilmələri planlaşdırılır. Məhz buna görə də bu il Zəngəzur dəhlizi, Zəngilan Beynəlxalq Hava Limanı, dörd və altı zolaqdan ibarət avtomobil yolu sürətlə inşa olunur. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaqdır. Azərbaycan artıq bir çox dövlətlərdən istənilən yükü qəbul edə və tranzit ölkə kimi ötürə bilir ki, Zəngəzur dəhlizinin açılması ilə də həm dövlətimiz , həm də qonşu dövlətlər üçün əlavə imkanlar yaranacaqdır. Bundan əlavə işğal dövründə torpaqların ekologiyasına vurulan zərəri aradan qaldırmaq üçün də artıq işlər görülür, Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi olan, ermənilər tərəfindən yarıdan çoxu məhv edilən meşənin bərpasına başlanmışdır.
Müzəffər Ali Baş komandan, cənab prezident İ.Əliyev başda olmaqla Azərbaycan dövləti və hökuməti otuz il boyunca Vətən həsrəti ilə yaşayan vətəndaşlarımızın yenidən öz evlərinə təhlükəsiz qayıtmaları üçün var gücü ilə çalışır.
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar