Xəbər lenti
"Şuşanın işğaldan azad olunması ilə müharibənin nidası qoyuldu..." - Müşfiq Məmmədli

Manevr.az həmin fikirləri təqdim edir:
"Doğma Şuşa həmişə Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, Qafqazın mirvarisi olub.
Erməni qəsbkarlarının Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi və bununla da şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi. Təbii ki, həmin dövrdə hakimiyyət uğrunda savaş da Şuşanın rahatlıqla işğal olunmasında az rol oynamamışdır.
Əgər 1992-ci il mayın 8-də Şuşanın işğalı ilə Birinci Qarabağ müharibəsinin taleyi həll olunmuşdusa, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə müharibənin nidası qoyuldu, tarixi qələbə qazandıq.
Azərbaycan xalqı Şuşanın işğaldan azad ediləcəyinə hər zaman inanıb. Ulu Öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” fikri daim xalqımızda bu torpaqlara qayıtmaq inamını möhkəmlədib.
2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Şuşa daxil olmaqla Qarabağımız düşmən tapdağından azad edildi. Noyabrın 8-də Müzəffər Ali Baş Komandan söylədiyi fikri bundan sonra biz başı dik, alnı açıq, üzü ağ xalq olaraq hər zaman uca səslə deyəcəyik:
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”"
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar