Xəbər lenti
“Kreml Paşinyanın addımlarını baltalamaq üçün İrəvana adamlar göndərib”

Manevr.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli öz şəxsi "Facebook" hesabında yazıb.
Ekspertin sözlərinə görə, 2022-ci ilin yanvar ayından aprel ayına qədər Ermənistana 249 min 361 nəfər səfər edib:
"Ölkəyə ən çox Rusiyadan gəliblər –108 min 976 nəfər, yəni, səfər edənlərin 43,7%-i məhz Rusiyadan olub. Bu günlərdə İrəvanda Paşinyan əlehinə davam edən etirazlarda Rusiyadan gələnlərin aktivliyi istisna olunmur. Çox güman, Kreml Paşinyan və komandasını sülh yönündə atmaq istədiyi addımları baltalamaq üçün İrəvana öz adamlarını da göndərib. Əgər Paşinyan və komandası bugün və sabah İrəvanda baş verəcək etirazlara dözə, təxribatların qarşısını ala bilsə, sülh üçün növbəti şans yaranacaq".
N.Cəfərli qeyd edib ki, "Qarabağ klanını" yenidən hakimiyyətə gəlsə, bizim atmalı olacağımız addımların alqoritmi indidən aydın olmalıdır:
"Əgər Putin Ermənistanda istədiyinə nail ola, revanşistləri, Köçəryan-Sarkisyanı, "Qarabağ klanını" yenidən hakimiyyətə gətirə bilsə, bizim atmalı olacağımız addımların alqoritmi indidən aydın olmalıdır.
İlk əvvəl Azərbaycan 10 Noyabr sazişinin qüvvədən düşdüyünü elan etməlidir. Bunun üçün bütün hüquqi əsaslar var. Ermənistan həmin sənəddə üzərinə düşən öhdəlikləri yerinə yetirmir, Rusiya isə sənədin təminatçısı kimi atmalı olduğu addımları atmır. Dünyada Rusiyaya olan münasibəti də nəzərə alaraq rəsmi Bakı Rusiya "sülhməramlılarının" ölkədən çıxarılması ilə bağlı legitim beynəlxalq media-kampaniya və hüquqi prosedurlar başlatmalıdır. Revaşistlərin hakimiyyətə gəlməsi Azərbaycan üçün legitim "casus belli" anlamına gəlir, ölkəmizin bunu müharibə təhdidi kimi qiymətləndirmə haqqı var.
Hər halda ümid edək ki, Ermənistan xalqının böyük əksəriyyətinin müharibə istəməməsi, son seçkilərdə məhz Paşinyana, yəni sülhə səs verməsi, "Qarabağ klanına" qarşı olan nifrətləri Kremlin oyunlarını pozacaq, bölgəmizdə sülhün təməlləri yaxın günlərdə yeni imzalarla atılacaq"./yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar