Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Rusiya Moldovanın Dnestryanı bölgəsində gərginlik yaradır"

Tarix: 05-05-2022 10:03     Baxış: 4185 A- / A+
"Rusiya ordusu Şərqi əməliyyat zonasında hücum əməliyyatlarını dayandırmır. Bu, Donetsk və Luqansk vilayətlərinə tam nəzarəti ələ keçirmək və Krımla quru dəhlizini saxlamaq üçündür".
Manevr.az report-a istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin operativ məlumatında bildirilib.
"Rusiya Silahlı Qüvvələri Moldovanın Dnestryanı bölgəsində gərginlik yaradırlar. Müəyyən ərazilərdə qoşunların yenidən qruplaşdırılması həyata keçirilir, ehtiyatların artırılması üçün tədbirlər görülür. Donetsk və Tavriya istiqamətlərində təmas xətti boyunca düşmənin artilleriya atəşi davam edir. Düşmən qoşunlarımızın hərəkətlərinin qarşısını almaq üçün operativ-taktiki və ordu aviasiyası ilə raket-bomba zərbələri endirir. Onlar Liman, Severodonetsk və Popasnyansk rayonlarında hücum əməliyyatları keçirməyə çalışsalar da, bu, uğursuz alınıb. Avdiiv və Kuraxiv istiqamətlərində Rusiya ordusu Ukrayna müdafiəçilərinin mövqelərini atəşə tutmaqda davam edir", - məlumatda bildirilib.
Məlumata görə, Şərq Hərbi Dairəsinin 35-ci Ümumhərbi Ordusunun 38-ci Əlahiddə Motoatıcı Briqadası xeyli itki verib:
"Bundan sonra bəzi hərbçilər döyüşlərə qatılmaqdan imtina ediblər. Onların silah-sursat təminatrında problemlər var. Mənəvi-psixoloji durmları aşağıdır. Ukrayna müdafiəçilərinin uğurlu hərəkətləri nəticəsində düşmən Nikolayev və Xerson vilayətlərinin sərhəddində bir neçə yaşayış məntəqəsinə nəzarəti itirib".
Həmçinin qeyd olunub ki, son sutkada Rusiya ordusunun 9 hava hədəfi vurulub:
"4 İHA, 3 qanadlı raket, 2 təyyarə məhv edilib. Donetsk və Luqansk vilayətlərində isə ötən gün düşmənin 11 hücumu dəf edilib, 5 tankı, 7 ədəd zirehli döyüş maşını məhv edilib".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar