Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu baş verərsə, Ermənistanla Azərbaycan arasında müharibə qaçılmaz olacaq”

Tarix: 04-05-2022 20:25     Baxış: 4264 A- / A+

Ermənistanda yüksələn etiraz səsləri getdikcə daha da artır. Müxalifətin oturaq aksiya qərarı və meydanlara çadırların gətirilməsi ölkədə vəziyyətin anbaan gərginləşməsindən xəbər verir. Erməni mənbələri yazır ki, bir neçə gündür paytaxt İrəvanda başlanılan etiraz aksiyaları hər keçən gün şiddətlənir.
Maraqlıdır, etirazçılar öz istəyinə nail ola biləcəkmi? Ermənistanın Baş Naziri Nikol Paşinyan hakimiyyəti devriləcəkmi?
Manevr.az-ın xəbətinə görə, mövzu ilə bağlı konkret.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, hakimiyyətin istefasının tələb edilməsi sülh prosesinə mənfi təsir göstərir: “Hazırda sülh prosesi Brüssel sülh gündəliyinə uyğun olaraq icra edilir. Buna baxmayaraq  Ermənistanda itaətsizlik nümayişləri başlayıb. Nümayişçilərin əsas məqsədi hazırki siyasi iqtidarı və hökuməti istefaya göndərməkdir. Ermənistanın əsas küçə və prospektində çadırlar qurulur və şüarlar səsləndirilir. Nümayişçilərin sayı getdikcə artmaqdadır. Etriaz aksiyaları Nikol Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Lakin bu, çox da asan məsələ deyil. Çünki Paşinyan parlamentdə də çoxluğa malikdir. O, nümayişlərdən öz siyasi məqsədləri üçün istifadə edir. İndiki məqamda həm Türkiyə, həm Ermənistanla münasibətlərin normallaşmasına start verilib. Vyanada Türkiyə ilə Ermənistan nümayəndə heyəti arasında görüş keçirilib. Belə olan halda Emənistanda neqativ abu-havanın sürtələ artması, hakimiyyətin istefasının tələb edilməsi sülh prosesinə mənfi təsir göstərir. Nümayişçilər arasında saxlanılanlar var. Paşinyan meydanları boş qoymamaq üçün iradə nümayiş etdirir. Ötən il olduğu kimi bu il də o, öz tərəfdarlarını toplayaraq gücünü nümayiş etdirə bilər”.
İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər qüvvələrin istəyi kimi sezilir FOTO - "İki sahil"
Politoloqun fikrincə, Paşinyan hakimiyyətinin devrilməsi asan məsələ deyil. Ancaq bu baş verərsə müharibə qaçılmaz olacaq: “Lakin bu ehtimal hər zaman var. İndiki siyasi rəhbərlik devrilərsə və Qarabağ klanı hakimiyyətə gələrsə Azərbaycanla münasibətlər yenidən gərginləşəcək. Bu gərginlik isə müharibə ilə nəticələnəcək. Robert Koçaryan özü də həmin məsələ ilə bağlı fikirlərini ifadə etmişdi. Lakin Koçaryan bilir ki, yeni müharibə də Ermənistanın məğlubiyyəti ilə nəticələnəcək. Azərbaycan qalib dövlət kimi 10 noyabr bəyanatının implementasiyasını güc yolu ilə həyata keçirə bilər. Ordumuz istənilən ssenariyə hazırdır. Burada anti-terror əməliyyatları da istisna olunmur. Eyni zamanda revanşistlərin hakimiyyətə gəlməsi Ermənistan xalqının da niyyətindən kənardır. Çünki ötən il baş tutan növbədənkənar parlament seçkilərində Paşinyan yenidən qalib oldu. Erməni xalqı müharibənin çıxış yolu olmadığını anladı. Onlar bilir ki, hazırki vəziyyətdə Nikol Paşinyanı kənarlaşdırmaq, həbs və ittiham etmək çıxış yolu deyil. ABŞ və Avropa sülh prosesini dəstəkləyir. Paşinyanın devrilməsi Qərb institutlarına da zərbə olar. Buna görə də onun kürsünü asanlıqla təhvil verəcəyini gözləmək olmaz”.
İ.Hüseynov qeyd edib ki, Ermənistan ilk növbədə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, ərazi bütövlüyümüzü tanımalıdır: “Delimitasiya, demarkasiya işləri və eləcə də kommunikasiyaların açılması prosesi getdikcə sürətlənməlidir. Təəssüf ki, Ermənistan tərəfi dəmiryolunun çəkilməsinə razılıq versə də onun texniki əsaslandırılmasını icra etməyib. Həmçinin, avtomobil yolunun çəkilməsi ilə bağlı da yekdil fikir yoxdur. Bütün bunlar qəbuledilməzdir. Azərbaycan sülh təşəbbüsü ilə çıxış edir. Onun təklif etdiyi beş baza prinsipi Ermənistan tərəfindən qəbul olunub. XİN rəhbərləri arasında indiyə kimi iki dəfə telefon danışığı baş tutub. Lakin sülh müqaviləsi çətin prosesdən keçir. Ermənistan daxilindəki mitinqlər sülh prosesinə də mənfi təsir göstərir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar