Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Kaspi Təhsil Mərkəzi Əli Həsənovdan alındı - Qapısı möhürləndi

Tarix: 04-05-2022 16:51     Baxış: 3245 A- / A+
2022/march/30/eli_hesenov_91648625033.jpg
Kaspi Təhsil Mərkəzinin Səbail rayonunda yerləşən binası möhürlənib.
Manevr.az xəbər verir ki, bu barədə Demokrat.az məlumat yayıb.
Bildirilib ki, bu günlərdə Səbail rayon İcra və probasiya şöbəsi əməkdaşları tərəfindən binanın icarədarları binadan çıxarılıb və binanın qapısı icra məmuru tərəfindən möhürlənib.
Qeyd edək ki, Kaspi Təhsil Mərkəzi Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənova məxsus olub.
Əli Həsənov işdən çıxarılandan sonra icra məmurları tərəfindən ofisi möhürlənən bina icarəyə verilib. Son vaxtlar həmin binanın Əli Həsənovdan alınması barədə söz-söhbətlər dolaşsa da, bu rəsmi təsdiqini tapmırdı.

Amma bu günlərdə binanın qapısı icra məmurları tərəfindən möhürləməsi bir daha sübut edir ki, həmin bina Əli Həsənovdan alınıb.
Xatırladaq ki, bir neçə il bundan əvvəl "Kaspi Liseyi Ümumtəhsil Məktəbi" MMC-nin baş mühasibi olmuş Tural Məmmədovun və mühasib Fərahim Möhbalıyev Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə araşdırıması keçirilib.
İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Ancaq Bu vəsaitin 564 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib.
Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.
Təqsirli bilinən şəxslər özlərini ittiham üzrə günahkar saymırdılar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar