Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Deyirlər ki, Sabir Rüstəmxanlı nəvəsinə azan əvəzinə qurd kimi ulamaq öyrədir"

Tarix: 03-05-2022 18:49     Baxış: 4262 A- / A+

“Dünən, yəni may ayının 2-də Facebook-da Ramazan bayramı ilə bağlı bir yazı paylaşmışdım. İranda bu günün, əksər İslam ölkələrindən fərqli tarixdə qeyd edilməsini vurğulamaqda niyyətim bu idi ki, sadə məsələlərdə ikitirəlik olmasın. Məzhəb ayrılığını tamamilə aradan qaldırmaq çətindir, lakin bunu şişirtməkdənsə, son vaxtlar tez-tez səsləndiyi kimi, “Quran İslamı”nın tələblərini əsas götürmək lazımdır. 
Doğrudur, yanlışdır... bu mənim fikrimdir. Bəyənmək də olar, bəyənməmək də. Lakin bu fikri bir tərəfə qoyub yorumlarda məni İran düşməni, İslamdan-dindən xəbərsiz, dini məsxərəyə qoyan, İsrailin adamı, rüşvətlə deputat seçilən, xalqın dərdindən xəbərsiz, Milli Məclisdə səsi çıxmayan, nəvəsinə azan əvəzinə qurd kimi ulamaq öyrədən, dindən danışmağa haqqı olmayan və s. ifadələrlə təhqir etdilər”.
Manevr.az xəbər verir ki, bu fikirləri Mili Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib.
Deputat qeyd edib ki, fikirlərinə qarşı çıxanlardan on qat artıq insan onun xoş niyyətimi düzgün dəyərləndirib:
“Ancaq istər-istəməz adamın ürəyi bulanır. Niyə bizim milli əxlaqımız bu qədər dəyişilib, bu düşmənçilik toxumunu səpən kimlərdir, niyə gənc adamlar ya qəsdən, ya tanımayaraq atası yerində olan bir tanınmış qələm sahibinə belə böhtanlar yağdıra bilir, onlara bu cəsarəti verən hansı ölkələr, hansı pullar, hansı maraqlardır? Mirzə Cəlil demiş bu İran marallarının niyyəti nədir? Mən onların hər birinə ayrıca cavab verib, öz qələtlərini anlatmağa çalışardım və inanıram ki, dəfələrlə olduğu kimi, bu dəfə də onların bəziləri real dəlil-sübut qarşısında səhvlərini etiraf edərdilər. Lakin buna vaxt yoxdur və söhbət tək-tək adamlardan yox, İranın adını çəkən hər kəsə qarşı bu hücum kampaniyası üçün yaranmış mühitdən, bu ayrı- seçkiliyin arxasında dayanan Azərbaycan-türk düşmənçiliyindən gedir”.
S.Rüstəmxanlı necə millət vəkili olduğunu bilmək istəyənlərə bunu seçildiyi Neftçala camaatından soruşmağa çağırıb:
“Milli Məclisin stenoqramlarına baxsınlar, “Dərdə əyilmə” kitabımı oxusunlar!
Məni taleyimiz siyasətçi eləyib və 30 ildir siyasət didişmələrində, partiyalararası gizli savaş meydanında öyrədilmiş adamlar 70-80-ci illərdə ədəbiyyatda qazadığım şöhrəti baltamaqla, gözdən salmaqla məşğuldurlar. Şükür bacarmayıblar. Haq nazilsə də, üzülməz. Kimsəyə böhtan atmamışam, kimsəyə pislik eləməmişəm, milli birlikdən, Vətənimizin azadlıq və bütövlüyündən başqa məqsədim olmayıb. Dünyanın müxtəlif ölkələrində 90-a yaxın kitabım çıxıb və bu kitablardan biri də İran İslam Cümhuriyyətinin dini rəhbəri Ağaye Seyid Əli Xameneyiyə açıq məktubdur. Bəlkə bu böhtançıların xəbəri yoxdur, bu günlərdə o məktubu yenidən sosial mediyada paylaşaram”.
Deputat ondan “İran düşməni” qayırmaq istəyənlərə səslənərək deyib:
“Məni İrana kin bəsləməkdə günahlandıranlara bəyan edim ki, tam tərsinə, İran adlandırılan ölkəyə heç bir kinim yoxdur, paylaşılan videodan da göründüyü kimi, mən İranın inkişafını, güclənməsini istəyirəm. Çünki İrana da öz dövlətim kimi baxıram. Əhalisinin yarısı bacı-qardaşlarımızdır, türklərdir. Üç min ildir o ərazidə İranla Turan bir yerdədir, farsla türk iç-içədir. Yaxın Doğu projesi ortaya çıxandan sonra mən İranın da Liviyanın, Əfqanıstanın, Surianın, İraqın yaşadığı facələri yaşamasıni istəməmişəm və bu fikrimi çox nüfuzlu görüşlərdə də səsləndirmişəm. Əksinə, biz istərdik ki, İran, Türkiyə, İraq, Suriya, Əfqanıstan, Pakistan və diğər qonşularımız bu bölgədə Avropa birliyinə bənzər bir birlik yaratsınlar. Bir-birinin əlehinə işləməsinlər.
Amma neyləyək ki, İranda din siyasətin alətinə çevrilib, digər tərəfdən də bu ölkədə, öz tarixi vətənlərində yaşayan 35 milyondan çox azərbaycanlının hüquqları tapdalanır, ana dilində məktəbləri yoxdur, hətta doğulan uşaqlarına da Azərbaycan-türk adı qoya bilməzlər. Torpaqlarımızın işğal altında olduğu illərdə də İranın erməni sevgisini hamımız görmüşük.
Azərbaycan Respublikası ilə İranın rəsmi mövqelərinin son dönəmlərdə yaxşılaşmasına sevinirəm. Belə bir yaxınlıq şəraitində İrandakı qardaşlarımızın haqları da unutdurulmamalıdır”.
“Mən İranın ruhanilərinin Azərbaycanda yorulmadan işlədiklərini, dini təhsil adına öz adamlarını yetişdirdiklərini bilirəm. Lakin ətrafımızda bu qədər farspərəst, bu qədər Azərbaycan-türk düşməni olduğunu blməzdim. Qarabağ savaşını çox tez unudurlar”,- S.Rüstəmxanlı əlavə edib.
Deputat sosial şəbəkədə onu ittiham edənlərilə bağlı araşdırma apardığını da qeyd edib:
“Onların kimliyini araşdırdım. Başı üstə Xomeyninin şəkli, başında molla əmmaməsi olanlar gedib din işləri ilə məşğul olsalar yaxşıdır, onlara kim haqq verib ki, bu millətin dəyərlərinə əl uzatsınlar, başqalarının ayağına verməyə çalışsınlar? Bu qaragüruh dövlətçilik üçün ciddi təhlükədir və məncə, əlaqədar qurumlar bu barədə düşünüb tədbir görməlidirlər. İslam barış, xoş niyyət, xeyirxahlıq, insanlar arasında birliyi gücləndirən dindir. Lakin cahillər onu millətin inkişafına mane olan buxova və ya bataqlığa çevrmək istəyirlər..
Bu tipli adamlar neçə müddətdir, ara –sıra nifrətlərini ifadə etmək üçün başqa bəhanə tapmayanda mənim nəvəmlə şəklimi yayır və onun boz qurd kimi ulamasını öz ağılları və ya ağılsızlıqları səviyyəsində yozurlar: “Niyə dord yaşlı uşaq namaz qılmır, qurd kimi ulayır?”. O uşağın inanclı atasıyla yanaşı durub atasını yamsılaya-yamsılaya namaz qıldığını göstərən şəkilləri də var, lakin ona mifologiyamızdan gələn boz qurd kimi ulamağı kim qadağan edə bilər? Təki bütün ömrü boyu qurd kimi ulamağı ilə düşmən bağrı yarsın, İran gölməçələrində bəslənən qurbağalar kimi quruldamasın.
Hər kəs öz övladının dərdini çəksə yaxşıdır. Bizim balacalar dağda-daşda at üstündə qurd kimi ulamağa öyrəşiblər, kim Mazandaran eşşəyi kimi anqırırsa, bu da onun öz demokratik seçimidir.
Nəhayət yazılarda tez-tez “dini bilməyənlər dindən danışmasın” deyirlər. Əvvəla kim yoxlayıb ki, mən Din tarixini, Din fəlsəfəsini, Peyğəmbərlər tarixini, Həzrəti Peyğəmbərimizin həyatını, Quranı hansı səviyyədə bilirəm və bu məsələlərdə yalançı dindarlar mənimlə danışa bilərlər, yoxsa yox? İkincisi, din Vicdan işidir, İnsanin Allahla rabitəsidir; hər kəs hesabatı öz vicadanına verir; burda dini kimin nə dərəcədə bilməsindən daha çox, kimin Allahına nə qədər bağlı olmasından danışıla bilər; din heç bir ayətullanın, Qum mollasının və ya din xadımınin şəxsi əmlakı deyil. Heç kim heç kimin inancını tərəzidə ölçə bilməz. Tərəzi sahibi Yaradandır və o da öz ədalət tərəzisinin başında dayanıb onun müqəddəs dinindən sui-istifadə edən, inancla cahilliyi qarışıq salan, işləri başqalarıni yaralamaqdan ibarət olan, düşüncələri şərlə, kin-küdrətlə dolu olan, böhtançı, nankor bəndələrinin yolunu gözləyir...”/yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar