Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Vyanada nədən DANIŞDILAR...

Tarix: 03-05-2022 18:28     Baxış: 3384 A- / A+

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Serdar Kılıç Vyanada keçirilən görüşdə normallaşma prosesinin məqsədinin iki ölkə arasındakı münasibətləri tam nizamlamaq olduğunu bir daha təsdiqləyiblər.
Manevr.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında səmimi və səmərəli fikir mübadiləsi aparıldığı vurğulanıb. Rubinyan və Kılıç nəzərəçarpacaq irəliləyiş əldə etmək üçün atılacaq mümkün addımları müzakirə ediblər.
Həmsöhbətlər ilkin şərt olmadan prosesi davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara dialoqa başlamaq üçün öz diplomatlarını təyin ediblər. Bunlar Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır. Onlar artıq iki görüş keçiriblər - yanvarın 14-də Moskvada və fevralın 22-də Vyanada.
Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi səbəb olub./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar