Xəbər lenti
Ermənistanı Rusiya qarışdırır - "Paşinyan ABŞ-dan təhlükəsizliyinə zəmanət almaq istəyir"

Köçəryanın kiçik oğlunun Paşinyan əleyhinə aksiyalara qatılması maraqlı mülahizələrin ortaya çıxmasına səbəb olub. Bəzi analitiklər hesab edirlər ki, indiyə kimi bu məsələdə səssizliyini qoruyan sabiq prezident də artıq Paşinyana qarşı çıxır.
Ermənistanda ana müxalifət lideri sayılan Robert Köçəryanın və tərəfdarlarının küçəyə çıxması Paşinyan əleyhinə aksiyaları kütləviləşdirə bilərmi?
Son zamanlar ehtiyatlı mövqeyi ilə seçilən Robert Köçəryanın öz oğlunun timsalında sülh müqaviləsinin imzalanmasına qarşı çıxan müxalifətlə həmrəylik nümayiş etdirməsi nə ilə bağlıdır?
Manevr.az-ın xəbərinə görə, siyasi şərhçi Natiq Miri yenisabah.az-a açıqlamasında deyib ki, Köçəryan prosesdə iştirak etməkdən çəkinir:
“Köçəryan haqqında hələ də cinayət işi var. Bu baxımdan Köçəryan aktiv olaraq prosesdə iştirak etməkdə çəkinir. Ancaq oğlunun prosesə qoşulmasından görünür ki, onun siyasi cəhətdən aktiv olmasına qərar verilib. Oğlu gələcəkdə atasının işini davam etdirmək istəyindədir”.
Şərhçinin sözlərinə görə, erməni xalqı Qarabağ klanının üzvünün hakimiyyətdə olmasını istəmir:
“Bir neçə gündür oturaq aksiya keçirən müxalifət bütün Ermənistan cəmiyyətini prosesə qoşmaq üçün müxtəlif siyasi texnologiyalardan istifadə edir. Zamanında Sarkisyanı devirən Paşinyanın istifadə etdiyi siyasi texnologiyalar, bu gün eynən populist şüarlarla Paşinyan hökumətinə qarşı istifadə edilir.
Köçəryan Qarabağ klanının üzvüdür. Bu klanın hakimiyyətdə olmasını erməni xalqı istəmir. Çünki bu on illiklər ərzində erməni xalqına edilən zülm onlarından yaddından çıxmayıb”.
N.Miri qeyd edib ki, siyasi texnologiyalarla Paşinyana təzyiq göstərirlər, lakin bu ciddi nəticə verməyəcək:
“Bir həftədən çoxdur ki, proses başlasa da, say baxımından artım müşahidə edilmir. Müxtəlif siyasi texnologiyadan istifadə etməklə Paşinyana təzyiq etməyə çalışırlar. Bunun da ciddi nəticəsi olmayacaq.
Xarici İşlər naziri Ararat Mirzoyanın da ABŞ-a səfəri oldu. Bu Paşinyanın təhlükəsizliyi ilə bağlı səfərlərdən biridir. Ararat Mirzoyanın ABŞ-la həll edəcək strateji məsələləri yoxdur. Sadəcə, təhlükəsizliklə bağlı zəmanət almaq istəyib.
Bu prosesin bütün Ermənistanı əhatə etməsini və kütləviləşməsini gözləmirəm. Rusiyanın zəiflədiyi devirdə Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin güclənməsi fonunda Paşinyan hökumətini devrimək mümkün olmayacaq. Çünki Qərb dünyası bir həftə ərzində döyülən, söyülən, həbs edilən müxalif qüvvələrlə bağlı bircə bəyanat belə verməyib. hansı ki, insan hüquqlarının pozulması ilə bağlı Qərb çoxdan müəyyən açıqlamalar və bəyanatlar verməli idi. Bütün bunlar onu göstərir ki, Qərb proseslərin arxasında Rusiyanın dayandığını bilir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar