Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Putin Ukraynada mayın 9-dək “XerXR” yaratmaq istəyir - Hərbi kəşfiyyat

Tarix: 01-05-2022 12:20     Baxış: 4238 A- / A+


Putin Ukraynada mayın 9-dək  “XerXR” yaratmaq istəyir   - Hərbi kəşfiyyat
Ukraynanın müqaviməti Kremlin qondarma “Xerson xalq respublikası” yaratmaq planını alt-üst edə bilər. Rusiya prezidenti Vladimir Putin mayın 9-dək Xerson vilayətində bu “respublikanı” yaratmağa çalışacaq.
Xarici media bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Qeyd edilir ki, bu cür cəhdlər Putinin mayın 9-na qədər Ukrayna ilə müharibədə öz “uğurunu” nümayiş etdirməsi ilə şərtlənəcək.
“O, hər vasitə ilə referendum keçirmək üçün hər şeyi edəcək və deyəcək ki, “Xerson vilayəti xalqı” “Xerson Xalq Respublikası”nı elan edib və Rusiyanın tərkibinə daxil olmaq istəyir. Bu, Rusiya qoşunlarının Ukrayna ərazisindəki qələbələrindən biri kimi təqdim olunacaq”.
Növbəti addımlar Zaporojye ola bilər... Odessa... Bu, Putinin keçmiş Sovet İttifaqının müstəqil dövlətləri ərazisində həyata keçirməyə çalışdığı strategiyadır”, - Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
Onun fikrincə, Ukraynanın müvəqqəti ələ keçirilmiş ərazilərində Rusiya taktikası hüquq-mühafizə orqanları tərəfindən əraziyə ciddi nəzarətin yaradılması və Kremlin bütün göstərişlərinə əməl edəcək mürtədlərin yerli hakimiyyət orqanlarında vəzifələrə təyin edilməsidir.
Bununla belə, Ukrayna hərbi kəşfiyyatının nümayəndəsinin sözlərinə görə, müvəqqəti işğal olunmuş ərazilərdə Ukrayna vətəndaşlarının müqaviməti və fəal mövqeyi referendumu və Rusiyanın qondarma “XXR” yaratmaq planlarını poza bilər.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar