Xəbər lenti
"Paşinyan bir addım irəli, iki addım geri atır" - Separatçılara yardımın pərdəarxası
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
O, rəsmi İrəvanın Qarabağ separatçıları üçün 20 milyard dram (44 255 820 $) vəsait ayırması faktını şərh edib:
“Bəli, əgər bir tərəfdən, proses sülhə doğru gedirsə, yekun sülh razılaşmasının əldə olunması məqsədilə danışıqlar aparılırsa və son məqsəd Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasıdırsa, belə olan halda Ermənistan hakimiyyətinin büdcədən Qarabağa vəsait ayırmasını başa düşmək olduqca çətindir. Yəni bu, Ermənistan hakimiyyətinin ikili oynadığını nümayiş etdirir.
Düşünürəm ki, Nikol Paşinyan bu cür “nala-mıxa vurmaqla”, habelə sülh yolunda bir addım irəli, iki gedim geri atmaqla, bir növ, həm də özünün revanşist dairələrdən qorxduğunu sərgiləyir.
Bilirsiniz ki, nə vaxt Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ciddi addım atılırsa, dərhal istər Qarabağdakı separatçılar, istərsə də Ermənistan daxilindəki revanşist dairələr müəyyən təxribatçı addımlar atır”.
C. Əhmədli əlavə edib:
“Yəni indiyə qədər nisbi sakitlik hökm sürürdü. Lakin Paşinyanla Prezident İlham Əliyev arasında əldə olunmuş Brüssel razılaşmasından sonra revanşistlərin fəallaşması müxtəlif suallar doğurur. Əsas məsələ budur ki, xarici qüvvələr revanşist dairələrdən Ermənistan hakimiyyətinə təsir aləti kimi istifadə edir.
Brüssel görüşündən sonra müəyyən pozitiv elementlərin şahidi olmaqdaydıq, lakin birdən-birə Zəngilan istiqamətində təxribat həyata keçirildi, həmçinin, Ermənistanın ən müxtəlif hissələrində genişmiqyaslı aksiyalar başladı. Bu, onu göstərir ki, Paşinyana mane olmaq istəyən xarici dairələr var. İşin pis tərəfi də odur ki, Paşinyanın özü də qətiyyətli siyasətçi deyil və bu maneələrin öhdəsindən gəlməkdə acizdir.
Məsələn, Ermənistan rəhbərliyinin Qarabağda “quruculuq işləri, eləcə də əhalinin sosial rifahının yaxşılaşdırılması” ilə bağlı ayırdığı vəsaitlər Paşinyanın həmin xofundan irəli gəlir. O, bir növ, revanşist dairələrə mesaj verir ki, Qarabağ məsələsi siyasi gündəliyimdən çıxmayıb, Qarabağ ermənilərinin taleyini düşünürəm və bu məsələdə heç vaxt güzəştə getməyəcəyəm.
Təbii ki, bu, absurddur və heç bir nəticə verməyəcək. Vəsait ayrılır, amma həmin vəsait Qarabağda xərclənməyəcək. Bu, müxtəlif erməni oliqarxlarının və revanşistlərinin pulyuma mexanizmlərindən biridir. 30 illik işğal dövründə Ermənistan Qarabağın və Şərqi Zəngəzurun sərvətindən gen-bol istifadə edib".
"Ümumən hazırda proseslər Azərbaycanın istədiyi ssenari üzrə inkişaf edir”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar