İşğalçı Rusiyanın Ukraynada iki aydan çoxdur apardığı müharibədə yüzlərlə insan həyatını itirib. Beynəlxalq münasibətlərə və diplomatiyaya ağır zərbə vuran Rusiya-Ukrayna müharibəsi qlobal iqtisadiyyata da təsirsiz ötüşməyib. Pandemiyadan sonra yenicə dirçəlməyə başlayan dünya iqtisadiyyatı müharibə fonunda təkrar iflic vəziyyətinə düşdü. Qərbin Rusiyaya tətbiq etdiyi ağır sanksiyalar ölkələr-arasında idxal-ixrac əməliyyatlarını zəiflətməklə yanaşı dünyada qlobal ərzaq böhranına gətirib çıxarıb. Lakin tətbiq edilən sanksiyalar işğalçını dayandırmır, daha da aqressivləşdirir. Rusiyanın qarşısını ala bilməyən Qərb onunla əməkdaşlıq edən digər dövlətlərə də sanksiyalar tətbiq etmək niyyətindədir. Belə ki, hələ müharibənin əvvəlində Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hodc (Margaret Hodge) Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsini gündəmə gətirmişdi.
Bəs görəsən, Rusiya ilə geniş ticarət əməkdaşlığı olan Azərbaycana sanksiya tətbiq edilə bilərmi?
Xəbər lenti
Qərb Rusiyaya görə, Azərbaycana da sanksiya tətbiq edə bilərmi? - AÇIQLAMA

Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı konkret.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, Rusiya ilə münasibətlər Azərbaycana qarşı təhdid formalaşdırmır: “Azərbaycanın Rusiya ilə münasibətlərinin ona qarşı hansısa sanksiyalara səbəb olacağını düşünmürəm. Nəzərə almaq lazımdır ki, Azərbaycan digər ölkələrlə münasibətlərini neqativ hallara səbəb olacaq şəkildə qurmur. Ölkəmiz Qoşulmama Hərəkatının sədridir. Eyni zamanda Azərbaycan Rusiya ilə təkcə strateji əməkdaşlıq etmir. Avropa Şurası İttifaqı ilə sıx və dərin əlaqələrimiz var. Avropanın enerji təhülkəsizliyində müstəsna rol oynayan Azərbaycanla əməkdaşlığa Qərb xüsusi önəm verir”.

Politoloq fikirlərinə belə davam edib: “Azərbaycanın digər dövlətlərlə əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib. Belə olan təqdirdə məsələni başqa konteksdə şərh etmək siyasi sabotajdan başqa bir şey deyil. Bütövlükdə Azərbaycan-Rusiya münasibətlərinin indiki vəziyyti və gələcəyi hansısa digər dövlətlərin Azərbaycana qarşı sanksiya tətbiq etməsinə səbəb ola bilməz”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar