“Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi dünyadakı azərbaycanlıların birliyini göstərir”.
Manevr.az xəbər verir ki, bunu demokrat.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O qeyd edib ki, bu qurultay Xankəndidəki quldur başçılarına da bir mesaj verib.
“Bununla, bir daha onların diqqətinə çatdırıldı ki, Azərbaycanın fikri ardıcıl, davamlı və konkretdir. Burada başqa bir söhbət ola bilməz, onlar başqa bir fikrə düşməsinlər. Əgər yeni müharibə başlayacaqsa, o zaman Qarabağda bir dənə də olsun erməni qalmayacaq. Bunu ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan da çıxışında etiraf etdi. Nə qədər ki, Azərbaycan humanist mövqe sərgiləyir, ermənilər də Azərbaycanın dediyi xəttə əməl etməlidirlər”, – QAT sədri vurğulayıb.
Onun sözlərinə görə, Şuşada keçirilən qurultayla bir daha bəyan edilib ki, Azərbaycan xalqı öz mövqeyindən geri çəkilən deyil.
“Xankəndidəki quldur başçılarının xoşuna gəlsə də, gəlməsə də Qarabağda Azərbaycan hakimiyyəti bərpa olunacaq! Bu, xoşlarına gəlmirsə, çıxıb gedə bilərlər. Unutmasınlar ki, Ermənistan da bizim ərazimizdir. Qarabağı tanımırlarsa, biz də Ermənistanı tanımırıq! Təbii ki, bu mesajlar ötən gün prezidentimiz dilində də dünyaya səsləndirildi. Ermənilərin ağıllı olsa bunu qəbul edəcəklər, olmasa Azərbaycan təbii ki, qalan torpaqlarını da işğaldan azad edəcək”, – deyə Akif Nağı əlavə edib.
Xəbər lenti
"Yeni müharibə başlayarsa, o zaman Qarabağda bir dənə də olsun erməni qalmayacaq" - Akif Nağı

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar