Xəbər lenti
Nazirin işdən çıxardığı general “Aptek Nağı” kimdir?
Xəbər verdiyimiz kimi, FHN-nin Maliyyə-iqtisadiyyat Baş idarəsində aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlandığı üçün qurumun rəhbəri, general-mayor Nağı Nağıyev vəzifəsindən azad edilib. Hüquq idarəsinin rəisi (mülki) Nərgiz Yusubova isə öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.
FHN-nə yaxın mənbələr Qaynarinfo-ya işdən çıxarılan hər iki rəislə bağlı detallı məlumatlar verib.
Belə ki, Nağıyev Nağı Cabbar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2008-ci ildə verdiyi sərəncamla "Hərbi xidmətlərə görə" medalı, 13 dekabr 2010-cu il sərəncamı ilə general-mayor rütbəsi, 15 dekabr 2017-ci il sərəncamı ilə isə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
O, Naxçıvanda anadan olub. Nazir Kəmaləddin Heydərovla bir sinifdə oxuyub və Naxçıvan şəhərinin 1 saylı orta məktəbini birib. Uzun illər Naxçıvanda dərman biznesi ilə məşğul olub. Elə generalı boya-başa çatdığı Naxçıvanda da "Aptek Nağı” kimi tanıyıblar. Bu gün də yaxın çevrəsi onu "Aptek Nağı” kimi tanıyır. Daha sonra nazir Kəmaləddin Heydərovun dəvəti ilə Bakıya gəlib. Gömrük Komitəsində və Fövqəladə Hallar Nazirliyində bir sıra vəzifələrdə çalışıb.
Sonuncu vəzifəsinə isə 15 ildən artıqdır təyin olunmuşdu. Generalın rəhbərlik etdiyi qurumda aparılan son yoxlamalar zamanı isə ciddi qanun pozuntuları aşkarlanıb. Hazırda bu istiqamətdə istintaq aparılır.
İşdən çıxan Hüquq idarəsinin rəisi (mülki) Nərgiz Yusubova da FHN-də rütbəsi olmayan yüksək vəzifəlilərdən olub. Uzun illər FHN-də çalışıb, bir sıra orden və mükafatlarla təltif edilib. Nərgiz Yusubova Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar