Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan hakimiyyət zəmanəti qarşılığında bu addımları atacaq - Şərh

Tarix: 20-04-2022 20:11     Baxış: 3239 A- / A+
Manevr.az-ın xəbərinə görə, teleqraf.com-a danışan politoloq Cümşüd Nuriyev əmindir ki, Paşinyanın Moskvaya dəvət edilməsi ilə Kreml əslində ABŞ və Qərb ölkələrinin Qafqazda fəallaşmasının zərərsizləşdirilməsinə çalışır.
“Bildiyiniz kimi Rusiyanın ardınca ABŞ Minsk Qrupundakı nümayəndəsini Qafqazda danışıqlar aparmaq üzrə müşavir təyin etdi. Bununla bir növ Rusiyaya alternativi kimi özünü Qafqazın sülh təminatçısı statusunda görmək istəyir. Bu da Rusiyanı qıcıqlandırmaya bilməz. Onların da ermənilərə və Paşinyana elə də etibarı yoxdur. Bu səbəbdən də Paşinyanı Moskvaya çağırıblar”, - politoloq qeyd edib.
Cümşüd Nuriyevin sözlərinə görə, ABŞ bölgədə fəallaşan kimi İrəvanda anti-Amerika qüvvələri də fəallaşıb: “Paşinyanı da hakimiyyətə gətirən Soros xəttidir. Məncə, Moskvada Paşinyana deyilib ki, Azərbaycanla münasibətlərə yenidən baxsın, bizimlə sülh sazişi imzalasın, sərhədlər açılsın, dəhliz işləsin. Yalnız bunların fonunda Paşinyana hakimiyyət zəmanəti verilə bilər. Başqa cür mümkün deyil. Əlbəttə, ilkin dövrdə Paşinyanı devirməyə cəhd olundu, amma bu baş vermədi. Qısa müddət sonra Paşinyan təkrar seçkilərə getdi və ABŞ-ın dəstəyi ilə iqtidarda qaldı. İndi tezliklə orada seçkilərin keçirilməsi ağlabatan deyil. Odur ki, Paşinyan hakimiyyət iştahasını dadıb və indiki şəraitdə Rusiyanın əleyhinə gedə bilməyəcək. Məcburdur ki, Azərbaycanla bağlı şərtləri icra etsin. Bu, bir növ Paşinyanın Azərbaycanla sülh sazişi haqqında danışdığı müsbət hərəkətlərin siyasi nəticəsidir”.
Politoloq əlavə edib ki, qısa müddətə ərzində baş verməsə də, ilk olaraq birgə komissiya yaradılacaq, sülh danışıqları və müqavilənin strukturunun hazırlanmasına başlanılacaq: "Azərbaycan buna hazırdır, Ermənistan da bunu etməlidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar