Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

Deputat: "12 aprel müşavirəsi tarixi hadisə kimi qəbul edilməlidir"

Tarix: 16-04-2022 17:46     Baxış: 3283 A- / A+

12 aprel müşavirəsi istər ötən dövr ərzində baş vermiş hadisələrin təhlili baxımından, istər yaxın gələcəkdə qarşıya qoyulmuş hədəflərə doğru atılacaq addımların strategiyasının müəyyən edilməsi cəhətdən mühüm əhəmiyyət kəsb edir.
Bunu Manevr.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son üç ay da daxil olmaqla ötən bir il müddətində görülən işlərin detallı izahını verməklə əslində onların miqyasını, həm də ölkə əhəmiyyətli olmasını bir daha xalqın diqqətinə çatdırdı. "Bu dövr ərzində sosial iqtisadi layihələr, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində verilən qərarların dövlətin əsas prioritet sahəsi olduğunun, həmçinin cənab prezident üçün insan faktorunun ön sırada yer aldığının göstəricisidir. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası, vətəndaşlarımızın öz dədə-baba yurduna qayıtmasını təmin etmək yönündə vacib tapşırıqların verildiyini, eyni zamanda regionda sülhün bərqərar olması üçün beynəlxalq aləmin göstərdiyi münasibətin mühüm rol oynadığını da qeyd etmək lazımdır. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibətini həmçinin BMT-nin Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbul olunduğunun bariz nümunəsi kimi qeyd etdi.
Sosial-iqtisadi, beynəlxalq təşkilatlarla aparılan iş, ordunun təkmilləşdirilməsi, Zəngəzur dəhlizi kimi mühüm mövzuları əhatə edən hesabat xarakterli müşavirə tarixi hadisə kimi qəbul edilməlidir",- deyə siyasətçi vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar