Xəbər lenti
Ağdərə istiqamətində baş verənlərə AYDINLIQ GƏTİRİLDİ

Ermənistan KİV-lərində dərc edilən məlumatda qeyd edilib ki, hadisə Tərtər rayonunun Seysulan və Yarımca kəndi ərazidində baş verib. Azərbaycan hərbçilərinin tərəflərin mövqeləri arasındakı "neytral zonada” irəlilədiyi iddia olunub.
Həmçinin vurğulanıb ki, Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin apardığı danışıqlar nəticəsində guya Azərbaycan Silahlı Qüvvələri öz əvvəlki mövqelərinə qayıtmağa razılaşıb.
Ermənistan mediasında yer alan məlumatlar barədə Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunun mövqe yerdəyişməsi apardığını söyləyib:
"Biz öz ərazimizdə qoşunlarımızın yerdəyişməsi ilə məşğul oluruq. Bunu daha əvvəl də etmişik, indi də edirik. Burada təəccüblü heç nə yoxdur. Əgər Rusiya sülhməramlı qüvvələri birgə bəyanatın bəndlərini təyin olunmuş müddətdə, yəni əraziyə daxil olandan dərhal sonra yerinə yetirməyibsə, bunu Azərbaycan Ordusu özü yerinə yetirmək məcburiyyətində qalıb. Odur ki, biz baş verənləri erməni silahlılarının ərazilərdən çıxarılması məqsədilə keçirilən qoşun yerdəyişməsi kimi dəyərləndirilməliyik", - Ə.Verdiyev bildirib.
Azərbaycan Ordusunun geri çəkilməsinə gəlincə, ekspert erməni tərəfinin yaydığı xəbərlərin yalan olduğunu diqqətə çatdırıb:
"Bunu separatçılar iddia edir. Biz son iki ildə onlar tərəfindən doğru-dürüst məlumat verildiyini görmədik. Bu, daxili auditoriyanı sakitləşdirmək üçün verilən saxta bəyanatdır. Deyirlər ki, Azərbaycan Ordusu girmişdi, danışdıq geri çəkildi. Niyə geri çəkilək ki, öz ərazimizdən? Onsuz 2 il əvvəl orada olmalıydıq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar