Xəbər lenti
Ermənistanın planı: Rus ordusunu Gümrüdən çıxarmaqla... - Ekspert
Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskva görüşü öncəsi belə bir bəyanat səsləndirməsi təsadüfi deyil. Bu, növbəti erməni hiyləgərliyidir. Onlar istəyirlər ki, ruslarla bir balaca bazarlıq etsinlər. Bu da ondan ibarətdir ki, Rusiyanın indiki çətin dövründə sülhməramlılar, “102-ci” hərbi bazanın Gümrüdən çıxarılması əlavə problemlər deməkdir. Düşünürlər ki, bununla nəsə ola bilər.
Manevr.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, əslində heç nə olası deyil: “2049-cu ilə qədər Rusiya hərbi qüvvələri müqavilə əsasında orada olacaq. Ona görə də səslənən bu fikirlər sadəcə olaraq bir bəyanatdır. Gündəmə gəlmək üçün atılan addımdır. Düşünmək olmaz ki, çətin durumda olan Ermənistan birtərəfli qaydada bu şərtləri pozaraq faktiki olaraq danışıqlardan imtina etsin. Rusiyaya arxalanan bir körpünü Ermənistanın yandıracağını gözləmək olmaz”.
Hərbi ekspert hesab edir ki, Ermənistanda səslənən bu bəyanatlar digərlərindən də fərqlənməyəcək: “Bir müddətdən sonra yaddan çıxacaq. Sadəcə olaraq Ermənistan Rusiyaya bu yollarla bir növ təzyiqlər etmək istəyir. Belə bəyanatları çox səsləndiriblər. Dəfələrlə deyiblər ki, rus sülhməramlılar bizim maraqlarımıza cavab vermir”.
Üzeyir Cəfərov Qarabağdakı sühməramlılarla bağlı Ermənistanın iddialarına da aydınlıq gətirib: “Rus sülhməramlılarını Azərbaycan dəvət edib. Onlar da Azərbaycan ərazisində xidmət keçirlər. Rus sülhməramlılar da cavab verə bilər ki, ermənilərin iddiasına ancaq Azərbaycanla razılaşmadan sonra cavab vermək olar”.
Qeyd edək ki, Ermənistan parlamentindəki ənənəvi brifinqdə “Ermənistan” müxalifət blokundan olan deputat Andranik Tevanyan baş nazir Nikol Paşinyanı Ankara və Bakı ilə ortaq hərəkət etməkdə, Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinə ziyan vurmaqda ittiham edib.
Onun firkincə, Nikol Paşinyan Rusiya sülhməramlılarını sıxışdırıb çıxararaq Qarabağı Azərbaycana verməyə çalışır: “Onun məqsədi onların orada mövcudluğunu mənasız etmək və gələcəkdə Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılmasını təmin etməkdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar