Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Simonyan və Araik Qarabağı Rusiyaya “birləşdirir” – Moskva cavab verməlidir

Tarix: 14-04-2022 20:30     Baxış: 4205 A- / A+



Qarabağ üzərində təhlükəli proseslərin başladığı müşahidə olunur. Xüsusilə Rusiya-Ukraya müharibəsindən sonra separatçı rejimin qalıqları “xilas olmaq” üçün Mokvanın qapısını döyür.

Baş separatçı Araik Arutyunyan “DNR” və “LNR”-i nümunə gətirir, bunu Rusiyanın keçmiş qondarma “dqr”-i tanıması üçün presedent olduğunu deyir. Sonuncu çıxışında “Rusiya ilə birbaşa münasibətlərin qurulması”na başlanıldığını bildirir və qeyd edir ki, onlar üçün üç seçimdən – “müstəqillik”, Ermənistana birləşmək, Rusiyaya birləşmək - ən yaxşısı Moskva ilə birlikdə hərkət etməkdir. Araik hətta Rusiyanın adından danışmaq cəsarəti də tapır və bildirir ki, Qarabağdakı Rusiya sülhməramlıları ermənilərin müdafiəçisidir.

Moskva bütün bu iddiaların qarşısında səssizliyini qoruyur və belə fikrin yaranmasına şərait yaradır ki, separatçıların çıxışlarının “sifarişçisidir”. Moskvadan heç bir reaksiyanın verilməməsi ilə yanaşı, Rusiyada təxribat çıxışlar da müşahidə edilir.

Hətta Ermənistanın Rusiyadakı Marqarita Simonyan kimi uzantıları hazırda Rusiya sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərinin Rusiyaya birləşdirilməsi təbliğatını aparırlar. Rusiya dövlət informasiya agentliyinin rəhbəri olan M.Simonyan Qarabağda Rusiya bayrağından yaradılmış “Z” simvolikasını dəstəkləyir, separatçıların “nə vaxtsa biz də Rusiyanın tərkibində olacağıq” şərhinə “ümid edirəm” cavabını yazır. Ermənilər də sosial şəbəkələrdə Rusiya bayrağının üzərində qondarma “DQR” in simvolikasını təbliğ edirlər.

Bu, Rusiya ərazisində, eləcə də Rusiyanın adı altında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidin yaradılması deməkdir.

Sual yaranır:

- Rusiya niyə Azərbaycan ərazisində belə təxribatlara yol verir?
- Qarabağdakı separatçıların Rusiya bayrağının rənglərini təxribat fəaliyyətlərində istifadəsinə şərait yaradır?
- Dövlət agentliyinin rəhbəri olan Simonyan hansı cəsarətlə Azərbaycan ərazisinin Rusiyaya birləşdirilməsi iddiasını təbliğ edir?

Bu,  Rusiya-Azərbaycan münasibətlərinə, iki ölkə arasında müttəfiqlik müqaviləsinə tamamilə ziddir. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir.

Rusiya-Azərbaycan müttəfiqlik müqaviləsində açıq şəkildə qeyd olunur ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünə hörmət edir, öz ərazilərində bir-birinin suverenliyinə təhdid yarada biləcək fəaliyyətlərin qarşısını alır və separatizmə qarşı birgə mübarizə aparırlar. Moskva bu müqaviləni, eləcə də Azərbaycanla münasibətləri əsas götürməli, Simonyan kimilərə imkan verməməli, o cümlədən, separatçıların Rusiyanın adından istifadə şərait yaratmamalıdır.

Qarabağdakı ermənilər də, erməni şovinistləri və revanşistləri də, Simonyan, Qabreilyanov, Kesoyan və digər bu kimi ünsürlər də anlamalıdır ki, Azərbaycan heç vaxt öz ərazisində yeni pozuculuq cəhdlərinə yol verməyəcək. Buna cəhd edənlər isə kimliyindən asılı olmayaraq layiqli cavablarını alacaqlar və cəzalandırılacaqlar.

Ermənilər başa düşməlidirlır ki, belə təxribatların sonu yaxşı bitməyəcək və yaxın tarixdən Azərbaycanın nə dərəcədə sərt cavab verə bilmək bacarığını xatırlamalıdırlar.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar