Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Şuşa ilə bağlı ittihamlara cavab verdi: “Gerçəyi bilməyin zamanıdır”

Tarix: 14-04-2022 17:41     Baxış: 4240 A- / A+
Paşinyan Şuşa ilə bağlı ittihamlara cavab verdi: “Gerçəyi bilməyin zamanıdır”


"Bir çoxları anlamalıdır ki, əslində, müharibə Şuşa naminə olub. İndi isə deyirlər ki, siz müharibəni dayandırmalı, yaxud qarşısını almlı idiniz. Birdəfəlik anlamaq lazımdır ki, Şuşasız müharibəni dayandırmaq, qarşısını almaq mümkün deyildi. Anlayın ki, bu, sadəcə olaraq mümkün deyildi. Mən bunu artıq bir neçə dəfə demişəm”.

Manevr.az "qaynarinfo"ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibədən sonra Şuşanın onun tərəfindən təhvil verilməsi ilə bağlı bəyanatlara cavab olaraq deyib. Daha sonra o, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı çıxışına aydınlıq gətirib:

"Mənim bu gün burda danışdığım isə Qarabağı təslim etməmək üçündür, çünki başqa yolla getsək, Qarabağı tikə-tikə, bütövlüklə verəcəyik. Sizə bunu Fərruxun timsalında nümunə göstərmək istərdim. Bir-birimizi aldatmaq kifayətdir, reallıqları bilməyin zamanıdır”.

Nikol Paşinyanın bu çıxışına cavab olaraq Ermənistanın Repsublikaçılar Partiyasının Ali Qurumunun üzvü Eduard Şarmazanov hazırda Qarabağda olduğunu bildirib:

"Mən hazırda Qarabağdayam. "Qəhrəmanların” məzarlarını ziyarət etdim. Eyni zamanda Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkibində olduğunu bəyan edir. Kim düşünürsə ki, Qarabağ Azərbaycanın bir hissəsi ola bilər, qoy yığışıb Bakıya getsin, orda yaşasın, muğama qulaq assın. Bəsdir keçmiş hakimiyyətdən danışdın, kifayətdir, ay torpaq satan. Əvvəlkilər Qarabağı bizə qoydu getdi, sən isə Şuşanı, Hadrutu, Talışı və Madagizi təslim etdin. İndi isə müharibənin səbəbini Şuayla bağlamağın yalnız sənin xəyallarındakı nağıllara bənzəyir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar