"Baş nazir postunu tutan şəxs ya bu vaxtadək "mərhələli həll" ilə "paket həll" arasındakı fərqi başa düşməyib, ya da...". Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri Nikol Paşinyanı Qarabağa dair danışıqlar prosesi barədə yalan danışmaqda ittiham edib:
"Baş nazir postunu tutan şəxs parlamentin iclasında etdiyi çıxışda bir daha özünün yalançı və manipulyator mahiyyətini göstərdi. O yenə də yalan danışır və Qarabağ məsələsi də daxil cəmiyyəti manipulyasiya edir".
Sarkisyan prezident olduğu vaxtlarda Qarabağ probleminin mərhələli həllinə dair danışıqlar aparmadığını deyib: "Baş nazir postunu tutan şəxs ya bu vaxtadək mərhələli həllə paket həlli arasındakı fərqi başa düşməyib, ya da əsas silahını - manipulyasiyanı işə salıb".
Levon Ter-Petrosyanı devirənlər
Sarkisyan izah edib ki, paket həll bir gündə, bir saatda həyata keçirilə bilməz və onun özü üçün də mərhələlər lazımdır. Eks-prezident deyib ki, onun sözlərini hətta ATƏT-in Minsk qrupu həmsədrləri də təsdiq ediblər. Nikol Paşinyan aprelin 13-də parlamentdə etdiyi çıxışında demişdi ki, 1998-ci ildə birinci prezident Levon Ter-Petrosyanı Qarabağ probleminin mərhələli həlli variantına getmək istədiyinə görə devirən qüvvələr, 20 ildən sonra elə həmin nöqtəyə çataraq özlərindən sonra masa üzərində mərhələli, Paşinyanın təbiri ilə "hipermərhələli" variantı qoyub gediblər. Paşinyan bunu da əlavə edib ki, indi keçmiş hakimiyyət o vaxt imzalanmamış danışıq sənədlərində olan ideyaları "qələbə" kimi təqdim etməyə, Serj Sarkisyanın Ermənistan Qarabağa bitişik 7 rayonu qaytarmağa hazır olmasını deyərkən səmimi olduğunu isbat etməyə çalışırlar.milli.az
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar