Prezident İlham Əliyev Brüssel görüşünün detallarını açdı: Ermənistan Azərbaycanın sülh sazişinə dair 5 maddəlik prinsiplərini qəbul edib.
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Bu prinsiplər Azəraycanın ərazi bütövlüyünün tanınması, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsini özündə ehtiva edir. Prezident bəyan etdi ki, Brüsseldə Ermənistan rəhbərliyi Bakının təklifinə müsbət yanaşıb.
Aprelin 6-da keçirilən Brüssel görüşündə tərəflər iki məsələdə razılaşma əldə etdi:
- Sərhədin delimitasiyası ilə bağlı aprel ayının sonuna kimi birgə komissiya yaradılacaq;
- XİN rəhbərlərinə sülh müqaviləsin hazırlanması tapşırığı verildi.
Beləliklə, həm sərhəd, həm də sülh müqaviləsi üzrə işçi qruplar tezliklə öz işinə başlamalıdır. Prezident İlham Əliyev çıxışında bunun Ermənistanın son şansı olduğunu bəyan etdi.
Bu razılaşma, ümumiyyətlə proseslərin inkişafı gələcəyə dair gözləntiləri də yaradır.
Azərbaycan postmünaqişə dövrünə dair isətklərinə nail olaraq, daha da güclənəcək. Ermənistanın inkişafı isə onun özündən, qonşu ölkələrə olan münasibətindən asılı olacaq.
Prezident də bəyan etdi ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz. Bu, Ermənistan üçün son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək.
Mövcud nəticə Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyanın bəhrəsidir. Müharibədən dərhal sonra Azərbaycanın həyata keçirdiyi siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyəti, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələri, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr hazırkı reallıqlara gətirib çıxarıb. Bu, məhz İlham Əliyevin strategiyasının nəticəsidir.