Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

Onlar ya təslim olacaqlar, ya da... - Politoloq

Tarix: 11-04-2022 22:45     Baxış: 3272 A- / A+
“Rusiya sülhməramlılarının əsas məqsədi insidentlərin qarşısını almaqdır və bütün gərginliyin yaranmasının səbəbi separatçılardır. Kameraların quraşdırılması məsəsləsi uzun müddətdən bəri gündəmdə idi”.

Politoloq Tofiq Abbasov qeyd edib ki, kamerların quraşdırılması proseslərin gedişatına təsir edə bilməyəcək: “Rusiya sülhməramlıları bəzən çərçivədən kənar çıxa bilirlər.

Yəni birmənalı olaraq demək olar ki, onlar öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmir. Onların kifayət qədər səhvi var və biz bunları qeydə alırıq”.

T.Abbasov vurğulayıb ki, Ölkə başçısı və bütün dövlət qurumları Qarabağda gedən proseslərə xüsusi diqqət yetirir və sülhməramlıların atdığı addımlara nəzarət edirlər: “Bu torpaqlar bizimdir və rusların orada olması müvəqqətidir, nə qədər ki, hələ oradadırlar separatçıları tərk-silah edərək torpaqlarımızdan çıxarsınlar. 10 noyabr sazişinin 4-cü bəndində də bu məsələ özünü göstərir. Əlisilahlı erməni dəstələri hələ də insidentlər törətməyə davam edərsə, ordumuz onlara adekvat cavab verəcək. Ancaq terrorçu dəstələrin üzvləri bilməlidir ki, ya təslim olacaqlar, ya da güc yolu ilə torpaqlarımızdan çıxarılacaqlar. Bu torpaqlarda yaşayanlar Azərbaycan qanunvericiliyinə tabe olmalıdır. Fərrux kəndində qaldırılan rus bayrağı isə orada olan hərbi kontingentə aiddir. Yəni burada çox böyük bir məsələ yoxdur. Bunu hər kəs bilsin ki, orada olan rus bayrağı belə müvəqqətidir”. publika.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar