Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

İranın Azərbaycandakı səfirliyi: “SEPAH adından yayılan video təxribatdır”

Tarix: 11-04-2022 18:43     Baxış: 3290 A- / A+

“Yayılan videonu gördük. Biz bu məsələni araşdırdıq. SEPAH-ın rəsmi saytında belə bir şeyi görə bilməzsiniz”.
Manevr.az xəbər verir ki, bu fikirləri bizim.media-ya açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin sözçüsü Əli Musəvi deyib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təbliğat xarakterli sonuncu videosunda təbliğatdan daha çox, təxribat mesajları öz əksini tapıb.
Videoda Azərbaycan və Türkiyəyə qarşı təhdid dolu aqressiya, Ermənistana isə dəstək yüklü açıq mesaj xarakteri daşıyan məqamlar yer alıb.
Əli Musəvi SEPAH-ın Azərbaycandakı attaşesi kimi fəaliyyət göstərən hərbçinin də yayılan görüntülərin rəsmi mövqe olmadığını qeyd edib.
“Bizim buradakı hərbi attaşemiz SEPAH-dandır. Ondan soruşduq, o da baxdı, SEPAH-ın belə bir saytı (“Twitter” hesabı) yoxdur. Bizim Azərbaycanla münasibətlərimiz yaxşıdır və yaxşıya doğru da gedir. Amma ki, hər zaman belə şeylər çıxır, təəssüf”, - deyə Ə.Musəvi əlavə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar