Maraqlıdır, erməni əsilli mədəniyyət işçisinin bu açıqlaması nədən xəbər verir?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı konkret.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, ermənilər artıq reallığı dərk etməyə başlayıb: “Karen Şahnazarov 44 günlük Vətən müharibəsində digər ermənilərlə müqayisədə Azərbaycana qarşı real mövqe tuturdu. Rejissor özü əslən Qarabağlı olduğunu etiraf edib. Müharibədən sonra bəzi məsələlər aydınlaşdı. Bəzi ermənilər artıq reallığı daha yaxşı dərk edir. Onlar artıq mövqeyini vəziyyətə uyğun olaraq dəyişməyə başlayıb. Bu, müsbət haldır və davamı gələ bilər. Belə açıqlamalar Ermənistanda yox, Rusiyada yaşayan bəzi ziyalılar tərəfindən səsləndirilir. Rusiya sülh müqaviləsinin imzalanmasına maraqlı olarsa bu daha kütləvi hal alacaq”.

Politoloqun fikrincə, Ermənistanı sülh müqaviləsinə məcbur etməliyik: “Nikol Paşinyan dəfələrlə sülh müqaviləsi barədə müsbət fikirlər səsləndirib. O, Ermənistanın 1991-ci ildə Aəzrbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edib. Lakin onun çıxışları stabil deyil. Verdiyi bütün açıqlamalardan sonra o, erməni silahlı birləşmələrinin Qarabağdan çıxmayacağını qəfil elan edir. Ona görə də Ermənistanı masa arxasında görmək istəyiriksə “dəmir yumruğu” yenidən işə salmalıyıq. Fərrux kəndində olan əməliyyatların davamı gəlməlidir”.