Xəbər lenti 
					
 
		Diş pastasının xeyri - infarkt və insultun qarşısını alır

Amerikalı mütəxəssislər diş pastasının tamamilə qeyri-adi xüsusiyyətini aşkarlayıblar. Diş pastası orqanizmdə hər hansı iltihabın qarşısını alır, həm də güman ki, insult və infarkt riskini azaldır.
Manevr.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədqiqat çərçivəsində respondentlər iki ay ərzində diş təmizləmənin müəyyən qaydalarına riayət etməli olublar. Birinci qrupa "Plaque HD" markalı, ikinci qrupa isə tərkibində ərpin öhdəsindən gələ bilən maddələrin olmadığı plasebo pastası verilib. Təmizləmənin nə dərəcədə səmərəli olduğunu yoxlamaq üçün iştirakçılar ağızlarını flüoresent məhlulla yaxalayıblar. Bundan sonra ultrabənövşəyi işıq altında ağız boşluğunun şəkli çəkilib.
Məlum olub ki, tərkibində inqrediyent olan pasta ərpin qarşısını almaqdan başqa, insan orqanizminə müsbət təsir göstərir, bu və ya digər iltihabı qabaqlayır. Bundan əlavə, pasta ürək-damar xəstəliklərinin qarşısını alır, çünki orqanizmdəki C-reaktiv zülalın səviyyəsini azaldır. Hər hansı iltihab zamanı və ya ürək-damar xəstəliyi risklərində məhz bu zülalın göstəriciləri artır.
Lakin əldə edilən nəticələr heç də o demək deyildir ki, indi infarkta və insulta qarşı yalnız diş pastasının köməyi ilə mübarizə aparmaq lazımdır. Ekspertlər bu cür profilaktikanın ürək-damar xəstəliklərində effektivliyini müəyyən etmək üçün tədqiqatları davam etdirəcəklər.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















