Xəbər lenti
Hansı dərmanlar və qidalar birlikdə qəbul edilməlidir?
Qan təzyiqini salan dərmanlar (Ürək və böyrək xəstəliklərinin müalicəsində istifadə edilir): Bu qrupa daxil olan dərmanlar qanınızdakı kalium nisbətini artıracağı üçün kalium ehtiva edən qidalarla birlikdə qəbul etdikdə ritm pozulması və nəfəs çatışmazlığı meydana gələ bilər. Buna görə bu dərmanları qəbul edərkən banan, kartof, soya və ispanaq kimi qidalardan uzaq durmaq lazımdır.
Manevr.az deyerler.org-a istinadən bildirir ki, qan durulaşdırıcı dərmanlar (qan laxtalanmasının qarşısını almaq üçün istifadə edilir): Varfarin ehtiva edən qan durulducu dərmanları istifadə edərkən quşüzümü, sarımsaq, zəncəfil ilə acı bibər, darçın və sarıkök kimi bəzi ədviyyatların istehlakını məhdudlaşdırmalısınız. Bu qidalar varfarinlə bir araya gəldiyində qanınızı çox durulaşdıracaq.
Antibiotik (Bakteriya infeksiyalarda istifadə edilir): Tetrasiklin, siprofloksazin və pensilin ehtiva edən antibiotiklər istifadə edərkən kalsium qəbul etdikdə dərmanın təsirində ani bir eniş ola bilər. Süd və süd məhsulları ən zəngin kalsium mənbəyidir.
Ağrı kəsici (iltihab, əzələ ağrıları və baş ağrılarında istifadə edilir): İbuprofen ehtiva edən ağrı kəsicilər, turşulu mayelər ilə birlikdə qəbul edilməməlidir. Turşulu içkilərdə olan karbondioksid və turşu, dərmanın qatılığını artırır və dozasını dəyişdirir, bu da böyrəklərinizə zərər verir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar