Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəkər xəstələri bu meyvədən mütləq yeməlidir

Tarix: 28-11-2021 12:42     Baxış: 3279 A- / A+



Payız-qış fəslinin ən sevilən meyvələrindən biri də əzgildir. Gec yetişən, kal halda boğucu olan meyvə, qışa kimi, hətta qışda da yeyilir.
Manevr.az xəbər verir ki, əzgil kalsium, dəmir, fosfor, potasium tərkibi ilə yanaşı askorbin turşusu ilə zəngin olması baxımından orqanizm üçün çox faydalıdır.
Sərinlədici təsiri ilə bədənə təravət bəxş edir. Antioksidant xüsusiyyəti sayəsində bu meyvə bədəndəki zərərli toksinləri kənarlaşdıraraq böyrəkləri də təmizləyir. Əzgil immuniteti gücləndirən, viruslarla mübarizə aparan, tənəffüs sistemini qoruyan meyvə sayılır. Orqanizm üçün çox faydalı olan liflərlə zəngindir. Qanda yaxşı və pis xolesterin səviyyəsini nizamlayır. Böyrəklərin və qaraciyərin fəaliyyətinə çox müsbət təsir edir. Yüksək antioksidant ifrazı sayəsində əzgil xərçəng, katarakta, şəkərli diabet kimi xəstəliklərdən qorunmağa kömək edir. Şəkər xəstələri bu şəfalı meyvədən mütləq istifadə etməlidir.
Məlumatlara görə, gündə 7 ədəd əzgil yemək beyin hüceyrlərini yaddaş itkisindən, bir sıra nevroloji xəstəliklərdən qoruyur. Əzgil siropu öskürəyin dərmanıdır. Əzgil çayı isə bəlğəmgətirici kimi qəbul olunur. Əzgil yarpaqlarından hazırlanan çay immuniteti və bədəni gücləndirir, ağciyər, ağız və bağırsaq xərçənginin qarşısını almaq üçün istifadə olunur. Həmçinin əzgil yarpağı qaraciyərə də kömək edir. Onu zəhərli maddələrdən qoruyur. Sakitləşdirici təsir göstərir, dəri xərçənginin qarşısını alır.
Depressiyaya kömək etməsi də əzgilin faydaları arasındadır. Qusma, mədə bulantısını da aradan qaldırır. Buna görə hamilə qadınlar bu meyvədən rahatlıqla yeyə bilərlər. Bu faydalı meyvə hamilələrdə erkən doğumun qarşısını alır. Əzgil arıqlamağa kömək edir. Ağrıları yüngülləşdirmə xüsusiyyəti var, xüsusən bel ağrılarını götürür./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar