Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Koronavirusdan sağalanların yarısında yeni xəstəliklər üzə çıxıb - ARAŞDIRMA

Tarix: 27-08-2021 14:28     Baxış: 4181 A- / A+
Koronavirusdan sağalanların yarısında yeni xəstəliklər üzə çıxıb - ARAŞDIRMA

2020-ci ilin sonunda COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən insanların təxminən 85 faizi hələ də virusun simptomlarını hiss edir.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, Miçiqan Universitetinin tədqiqatçıları 2020-ci ilin payızının sonu və 2021-ci ilin qışında koronavirusla xəstəxanaya yerləşdirilən 253 xəstənin məlumatlarını təhlil edib. Respondentlərdə orta yaş həddi 60 olub.

Xəstəlikdən müalicə olunanların təxminən 85 faizi altı ay sonra hələ də tam sağalmadıqlarını deyiblər. Hətta tam müalicədən sonra da onlarda koronavirusun simptomları olub. Həmin şəxslər hələ də özlərini sağlam hiss etmirlər.

Bundan əlavə, COVID-19-dan sağalan insanların yarıdan çoxunda, təxminən 55 faizində altı ay ərzində yeni bir xəstəlik aşkar olunub: əvvəllər olmayan ürək və ağciyər xəstəlikləri.

Sorğu iştirakçılarının demək olar ki, dörddə biri şiddətli öskürəkdən, 20 faizi isə sürətli və ya nizamsız ürək döyüntüsündən şikayət edib. Təxminən 16 faiz insan evdə vaxtaşırı oksigen cihazından istifadə edir. Bundan başqa, onlar hərəkət etməklə də bağlı problem yaşayırlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar