Xəbər lenti
“Delta” ştammının suda 72 saata qədər yaşadığı məlum oldu

Rusiyanın "Vektor" dövlət virusologiya və biotexnologiya araşdırma mərkəzinin mütəxəssisləri koronavirusun "Delta" ştammının suda sağqalma müddətini araşdırıblar.
Manevr.az apa-ya istinadən bildirir ki, araşdırma nəticəsində məlum olub ki, digər ştammlar kimi "Delta" suda 72 saata qədər yaşaya bilir.
Lakin o da vurğulanıb ki, virusun iki gündən çox suda yaşaya bilməsi çayda və ya dənizdə çimən insanın yoluxmasına səbəb ola biləcəyi anlamına gəlmir. "Vektor"a görə bununla bağlı hələlik heç bir dəlil yoxdur.
Xatırladaq ki, keçən il mərkəzin mütəxəssisləri içməli və dəniz suyunda "SARS-CoV-2" virusunun canlılığını öyrənmişdilər. Daha sonra 1, 3, 24, 48 və 72 saat ərzində artı 4 dərəcə temperaturda saxlanılan içməli su nümunələrində koronavirusun ömrü ilə bağlı nəticələr əldə edilmişdi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar