Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

COVID-19-dan sonra itirilən saçları necə bərpa etmək olar? – Mütəxəssis məsləhəti

Tarix: 17-08-2021 08:47     Baxış: 3227 A- / A+
COVID-19-dan sonra itirilən saçları necə bərpa etmək olar? – Mütəxəssis məsləhəti

Moskva Dövlət Universiteti klinikasının endokrinoloqu, tibb elmləri namizədi Zuxra Pavlova koronavirus infeksiyasından sonra tökülən saçları necə bərpa etməyin yollarını açıqlayıb.

Mütəxəssisin fikirlərini “RİA Novosti” agentliyi dərc edib.

Endokrinoloq qeyd edib ki, pandemiyaya yoluxan şəxslər xəstələnəndən təxminən bir ay sonra saç tökülməsindən şikayətlənirlər.

Z. Pavlova bildirib ki, COVID-19 zamanı bədən metabolik xəstəliklər də daxil olmaqla, ağır stress yaşayır və nəticədə saçlar tökülməyə başlayır.

Endokrinoloq hesab edir ki, düzgün qidalanma və fiziki aktivlik kökü zəifləmiş saçları qidalandırmaq və bərpa etmək üçün ən yaxşı vasitədir.

“Zülalla zəngin qidalardan istifadəyə üstünlük vermək, vitaminlərin qəbulu, çox gəzmək və aerobika ilə məşğul olmaq saçların qidalanmasına müsbət təsir göstərir”, - deyə tibb elmləri namizədi vurğulayıb.

Mütəxəssis həmçinin əlavə edib ki, saçları sıx yığmaq, onları fenin istisi ilə səliqəyə salmaq və köklərini boyamaq saç tökülməsini sürətləndirən səbəblərdir./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar