Xəbər lenti
Damarların təbii yollarla təmizlənməsi
Arteriya və vena damarlarının artıq maddələrdən və duzlardan vaxtaşırı təmizlənməsi damarların elastikliyini və möhkəmliyini artırır,damarların gəncləşməsinə səbəb olur.
Damarların təmizlənməsi bir çox damar xəstəliklərinin,o cümlədən varikoz genəlmənin,görmənin və eşitmənin yaxşılaşmasının,baş ağrılarının azalmasına,sklerozun aradan qalxmasına,infakt riskinin aradan qalxmasına səbəb olur.Damarların təmizlənməsi mədə-bağırsağın,ağ ciyərlərin,bronxların və burun-udlağın işini rahatlaşdırır və fəaliyyətinə müsbət təsir edir.
Resept №1
120 qram çobanyastığı çiçəyi,solmazçiçək,ağcaqayın çiçəkləri və qoyunqıran xırdalanır,yarım litr qaynar suda 3-4 saat saxlanılır.Dəmləndikdən sonra süzülür və 1 xörək qaşığı bal əlavə edilir.Dəmləmə hər axşam yeməyindən yarım saat əvvəl 1 xörək qaşığı qəbul edilir.Prosedur dəmləmə qurtarana qədər davam etdirilir.Bu müalicəni yalnız 5 ildə 1 dəfə etmək lazımdır.
Resept №2
100 qram valerian kökü və şüyüd toxumu termosa tökülür və üzərinə 2 stəkan təbii bal əlavə edilir.Bir gün saxladıqdan sonra gündə 3 dəfə yeməkdən əvvəl 1 qaşıq qəbul edilir.
Resept №3
Kivi şirəsi tromboflebitlərin və varikoz genəlmənin qarşısını alır.
Resept №4
200 qram qoz ləpəsi ət maşınından və ya qəhvə üyüddəndən keçirilir üzərinə 1 litr keyfiyyətli araq tökülür və 2 həftə saxlanılır.20 damcı qarışım 60 damcı suya qatılıb hər gün qəbul edilir.
Resept №5
Təzə bağayarpağı(100 qram),gicirtkən yarpağı, qara yemişan və çiyələk yarpaqları eyni miqdarda götürülür və termosda yarım litr qaynar suda 4 saat dəmlənir.Dəmləndikdən sonra süzülür və üzərinə 2 çay qaşığı təmiz bal lavə edilir.Dəmləmədən səhər-axşam 1 stəkan qəbul edilir.
Resept №6
Bir-neçə zəngçiçəyinin təzə yarpaqları az miqdar duzlu suda saxlanılır,üzərinə xırda doğranmış 1 ədəd qoz əlavə edilir.Qarışımdan gündə bir-neçə dəfə yeyilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar