Xəbər lenti
"Artıq bunun üçün gecikmişik" - Sərt karantin rejimi olacaq?
"Yoluxma sürətlə artır".
Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.
O bildirib ki, insanlarımıza əgər vaksin vurdurmayıblarsa, qısa zaman müddətində vaksinasiya olunmaqları məsləhət görülür:
"Delta" ştammının Azərbaycanda ilk müəyyən edildiyi vaxtlardan da qeyd etmişdik ki, 10-14 gün sonra yoluxanların sayında artım müşahidə olunacaq. Konkret olaraq onu deyim ki, vaksinasiya olunanlar arasında reanimasiyaya yatış və xəstəxanaya yatış ehtiyacını çox az görürük. Bu, bir tərəfdən müsbət haldır ki, vaksinasiya xəstənin ağırlaşmaması baxımından effekt verib. Amma onu da qeyd etməliyik ki, vaksinasiya xəstəliyin yoluxma sürətinin qarşısını ala bilməyəcək. Çünki vaksinasiya qısa müddətdə daha çox insana vaksin vurulduğu halda qarşısını ala bilərdi. Artıq bunun üçün gecikmişik.
Bundan sonra hədəfimiz vaksinasiya etməklə insanları bu xətəliyin ağırlaşmalarından qorumaqdır. Yəni xəstəxanaya yatış ehtiyacı az olduqca, intensiv terapiya şöbələrində yatış ehtiyacı, tələbat az olduqca qapanmalardan qaça bilərik. Amma sərt karantin rejiminin tətbiq olunmaması o demək deyil ki, bu ştamm daha az yoluxdurucudur və yaxud da ki, daha az ağırlaşmalara səbəb olur. Xeyr, tam əksinə! Biz "Delta" ştammın yoluxdurucu olmasını və yoluxanlar arasında ağırlaşmalar müşahidə olunduğunu görürük. Ona görə də insanlarımıza əgər vaksin vurdurmayıblarsa, qısa zaman müddətində vaksinasiya olunmaqları məsləhət görülür".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar