Xəbər lenti
Anevrizmanı təyin etmək üçün barmağını qatla - Özün yoxla

Aorta insanın ən iri və əsas arteriya damarıdır. Bütün qan dövranı kələfi ondan keçir.
O tutulduqda anevrizma baş verir və daxili orqanların qanla təchizatı pozulur.
Manevr.az xəbər verir ki, İels universitetinin alimləri aorta anevrizmasını sadə barmaq üsulu ilə təyin etməyin metodikasını tapıblar.
Anevrizma zamanı aorta genişlənir, sanki torbalanır və hər an partlaya bilər.
Anevrizmanın müalicəsi yalnız cərrahi yolladır.
Əgər anevrizma yırtılarsa, güclü qanaxmadan xəstə ölə bilər.
Hər il dünyada 200 mindən çox insan bu anevrizmadan ölür.
Əgər aorta anevrizması erkən tapılsa, xəstəni xilas etmək olur. Amma bu elə bir xəstəlikdir ki, heç bir əlaməti olmur, xəstəni bunu hiss etmir. Və heç kim də aortanın vəziyyətini yoxlamır.
Amma son elmi araşdırmada aorta anevrizmasını öncədən təyin edən sadə test tapılıb.
Belə ki, baş barmağın ovucun içinə qatlanması ilə təyin edə bilərsiz. Əgər baş barmaq ovucun sərhədlərindən kənara çıxırsa, bu anevrizma riskinin yüksək olduğunu göstərir.
Alimlər 305 pasiyent üzərində test aparıblar.
Kimin ki, baş barmağı ovucdan kənara çıxırdı, onlarda aorta anevrizması 100% təsdiq olundu.
Bu metod əslində 50 ildir məlumdur, lakin klinik olaraq sübut edilməmişdi.
Bu nə ilə izah olunur?
Baş barmağın belə elastik, hərəkətli olması, çox qatlanaraq ovucun kənarına çıxması onu göstərir ki, oynaqlar zəifləyib, birləşdirici toxumalar zədələnib. Belə olduğu halda, aorta da zədələnmiş olur. /medicina.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar