Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Delta peyvənd olunmayanların pandemiyasıdır" - Türk həkim

Tarix: 27-07-2021 20:07     Baxış: 4181 A- / A+
"Delta peyvənd olunmayanların pandemiyasıdır" - Türk həkim

"Delta" ştamı peyvənd olunmayanlara daha çox təsir edəcək. Bu səbəbdən də "delta" vaksin olunmayanların pandemiyasıdır.

Manevr.az bildirir ki, bunu Türk Tibb Dərnəyinin Xalq Sağlamlığı şöbəsinin rəhbəri, Pandemiya üzrə İşçi Qrupunun üzvü Nəsir Nesanır deyib.

Peyvənd olunmayanların daha çox ölümlə üz-üzə qalacaqlarını bildirən Nesanır ABŞ-da və digər ölkələrdə ölümlərin 98 faizinin vaksin vurdurmayan insanlarda görüldüyünü qeyd edib.

Onun sözlərinə görə, ştam səhiyyə sistemini çökdürəcək və daha çox insan öləcək. Eyni zamanda daha az insanın peyvəndi olan bir ərazidə virus eyni anda çox insana yoluxarsa, vaksinasiyası sürətlə aparılan bölgələrə də yayılacaq və pandemiyanın şiddətini artıracaq.

N.Nesanır əlavə edib ki, 22 Afrika ölkəsində təsdiqlənmiş "delta" variantının orijinal virusdan 225% daha sürətli yayıldığı təsbit edilib.

"Delta" ştamına 50 yaşadək şəxslərdə və uşaqlarda 2,5 dəfə daha çox rast gəlindiyinə diqqət çəkən ekspert 5-12 yaş arası uşaqlar üçün peyvəndin təsdiqlənmədiyini və 12-18 yaş arası yeniyetmələrin isə hələ ki, Türkiyədə vaksinasiyasına başlanmadığını bildirib. Mütəxəssisin sözlərinə görə, yaşlı qrup peyvənd olunduğu üçün gənc və peyvənd olunmayanların COVID-19-un hər hansı bir variantına yoluxma riski daha yüksək olacaq.medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar