Xəbər lenti
Koronavirusa görə insan sürətlə qocala bilər

Koronavirus insan orqanizminə düşdükdən sonra erkən qocalma prosesini tətikləyə bilər.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyada tanınmış nevroloq Erkin Şamsiyev xəbərdarlıq edib.
“Təəssüf ki, koronavirus infeksiyası insan orqanizminə düşdükdən sonra təkcə ağciyərlərin trombozunu deyil, həmçinin digər arzuolunmaz prosesləri, o cümlədən erkən yaşlanmanı işə sala bilər. Bunun səbəbi xəstəliyə görə stres fonunda əsəbi yorğunluqdur. Yoluxmuş insan mənən tükənir, onda fobiyalar, qorxular yaranır”, - deyə o, bildirib.
Şamsievin sözlərinə görə ağciyər zədələnəndə insan bədənində qaz mübadiləsi pozulur, nəticədə beyinə oksigen tədarükündə problemlər yaranır. İnfeksiyaya məruz qalan xəstələr tez-tez ensefalopatiyadan (beyin toxumasının distrofik olaraq dəyişməsi nəticəsində işinin pozulması) şikayət edirlər.
Bundan əlavə, xəstəxanalara müraciət edən xəstələrdə tez-tez baş ağrısı, başgicəllənmə, öskürək, nəfəs darlığı və qoxu itkisi barədə məlumat verirlər.
Mütəxəssis koronavirus xəstəliyini kaeçirən insanın zəifləmiş immunitet sistemini mütləq gücləndirməli olduğunu bildirib. Beləliklə, idmanla məşğul olmalı, düzgün qidalanmalı, artıq çəkidən qurtulmalı, daha çox təmiz havada olmalı, zərərli vərdişlərdən imtina etməli, vitamin çatışmazlığından əziyyət çəkirsə daha çox tərəvəz və meyvə istehlak etməlidir.
“Başqa sözlə - zəifləmiş immuniteti düzəldilməsi ilə müstəqil şəkildə məşğul olmalıyıq”, - deyə həkim sözlərin yekunlaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar