Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Delta ştammına yoluxduğunuzu necə anlaya bilərsiniz? – Bu simptomlar varsa...

Tarix: 21-07-2021 16:12     Baxış: 4203 A- / A+
Delta ştammına yoluxduğunuzu necə anlaya bilərsiniz? – Bu simptomlar varsa...


Koronavirusun daha təhlükəli növü olan Delta variantına artıq Azərbaycanda da rast gəlinib. Bir müddət öncə verilən məlumata əsasən ölkədə 31 nəfərdə sözügedən mutasiya aşkarlanıb.

Maraqlıdır, Delta ştammının COVID-19-dan fərqli xüsusiyyətləri varmı?

İngilətərədə aparılan araşdırma nəticəsində məlum olub ki, koronavirusun Delta variantı COVID-19 virusundan fərqli simptomlara malikdir. Professor Tim Spektor Delta variantına yoluxanlar arasında ən çox baş ağrısı, boğaz ağrısı və burun axması kimi halların müşahidə edildiyini bildirib. Professor xüsusilə gənclərin yeni mutasiyaya yoluxduğu zaman soyuqdəymə əlamətlərini hiss etdiyini deyib.

Delta variantına yoluxmuş şəxslər xəstəlik simptomlarını ciddi şəkildə hiss etməsələr belə, yoluxduruculuq qabiliyyətləri yüksək olur. Əvvəllər İngiltərə sağlıq xidmətləri COVID-19 simptomlarını öskürək, qızdırma, iy və dadbilmənin itməsi kimi xarakterizə edirdi. Lakin son araşdırmalar göstərdi ki, sözügedən əlamətlər son vaxtlar xəstələrdə daha az müşahidə edilir.

İngiltərəli mütəxəssislər bildirir ki, xəstəliyə yoluxan şəxslər indi xəstəliyi sadəcə soyuqdəymə kimi qiymətləndirir və buna görə də ictimaiyyət arasında olmağa davam edir. Bundan sonra isə xəstə şəxs özündən başqa 6 şəxsi də virusa yoluxdura bilir. Qeyd edək ki, Delta ştammından fərqli olaraq COVID-19-da bu say 2-ə bərabərdir. sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar