Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yoluxma sayı yenidən artır: Toylar qadağan edilə bilərmi?

Tarix: 16-07-2021 21:20     Baxış: 4218 A- / A+
Yoluxma sayı yenidən artır: Toylar qadağan edilə bilərmi?


"Gürcüstan və digər qonşu ölkələrdə koronavirusa yoluxanların sayı artır. Nəzarət çətinləşdiyi üçün bu ölkələr artıq müəyyən qapanmalara gedirlər. Azərbaycanda da virusa yoluxma sayında son günlər artım müşahidə olunur. Lakin təhlükəli səviyyədə deyil".


Manevr.az xəbər verir ki, bu sözləri həkim Vasif İsmayıl ötən gün yoluxma sayının 199-a qalxması və delta ştammının Azərbaycanda da aşkarlanması səbəbindən yaranmış yeni şəraitdə atıla biləcək addımlardan danışarkən deyib.

"Azərbaycanda peyvənd olunmuş insanlar qonşu ölkələrlə müqayisədə daha çoxdur. Bu səbəbdən pandemiya nəzarət altındadır. Yoluxma sayı bu dərəcədə yavaş artarsa, Azərbaycanda qapanlamalara gediləcəyini düşünmürəm. Lakin sürətli artım olarsa, yalnız müəyyən sahələrdə qadağalar ola bilər. Toylarla bağlı yenidən müəyyən məhdudiyyət tətbiq edilə bilər. Bunun xaricində ciddi qapanmalara gediləcəyini hesab etmirəm. Epidemiyanın qarşısını almaq və səngiməsi üçün daha çox insan peyvənd olunmalıdır", - həkim qeyd edib. /medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar