Sizin Reklam Burada
Xəbər lenti
03-12-2024
02-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ağciyərlərin nə dərəcədə güclüdür? - Evdə yoxlamaq üçün metodlar

Tarix: 16-07-2021 09:42     Baxış: 3198 A- / A+
Ağciyərlərin nə dərəcədə güclüdür? - Evdə yoxlamaq üçün metodlar

Bu metodu sovet alimi Konstantin Buteyko hazırlayıb. Nəfəsi müəyyən vaxt ərzində saxlamaq və nə qədər dözə biləcəyinizi yoxlamaqla tənəffüs sistemi, ağciyərlərinizin vəziyyətini, yəni sağlamlığını, hava tutumunu, havasız nə qədər dözə bilməsini, bronxların vəziyyətini sınaya bilərsiz.
Bu test həmçinin bir müalicəvi tənəffüs gimnastikasıdır.

Manevr.az həmin metodu təqdim edir. Diqqətlə öyrənib, sonra məşq edərək tətbiq edin

Stulun düz kənarında əyləşib, kürəyi, onurğanı düz saxlayın. Çiyinlər sərbəst, düz, qarın bir qədər içəri doğru çəkilir.
Gözlərinizi yumun. Dərindən nəfəs alıb saxlayın, qarın əzələlərinizi boşaldın. Bütün bədən sərbəst, rahat, boş olmalıdır. Sonra yavaş-yavaş nəfəsi verib, sonda burnunuzu tutub sıxın.

Əvvəlcədən telefonda saniyəölçəni qoşub baxın. İlk günlər 20 saniyə, daha 30 saniyəyə kimi tab gətirməlisiz. Bu zaman barmağınızı nəbzin üzərinə qoyub, ürək vurğularını da sayın. Ürək tez-tez, çox atmamalıdır. Nəfəsinizi saxladığınız an ağciyərlərin oksigensiz özünü necə aparmasına diqqət yetirin. Bu vəziyyət sizi narahat edirmi, dözə bilirsizmi?

Sağlamlığın göstəricisi necədir?

.1. Əgər nəfəsinizi 10 saniyədən çox saxlaya bilmirsizsə və ürək nəbziniz dəqiqədə 90-100 vurğudursa - siz ürək-damar, ağciyər xəstəliklərinin 3-cü dərəcəsindəsiz

2. Nəfəsi 20 saniyəyə kimi saxlayırsız, nəbz 80 vurğudur - xəstəliyin birinci mərhələsindəsiz.

3. Nəfəsi 30, daha sonra 40 saniyə saxlaya bildizsə, ürək dəqiqədə 65-70 vurursa - siz sağlamsız.

Hər 3 halda bu hərəkəti bir vərdiş halına gətirib, səhər yuxudan oyanan kimi və axşam təkrarlamalısız. Ta ki, nəfəsi verdikdən sonra burunu sıxdıqda (ağızı açmadan) nəfəssiz 30-40 saniyə normal dözənə kimi. Bu artıq ağciyərlərin normal sağlamlıqda olması deməkdir.medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar